Aydın Əliyev: “Süni əngəllərə birdəfəlik son qoyulmalıdır”

30.01.2016 - 12:27

aydin-eliyev“Neftin dəyərinin kəskin enməsi Azərbaycan iqtisadiyyatında problemlər yaratmaya bilməzdi”

“Məlumdur ki, dünyada baş verən iqtisadi böhran neftin qiymətinin kəskin enməsi, bir sıra ölkələrin milli valyutalarının dollar qarşısında dəyərdən düşməsi ilə nəticələnib. Bu da, öz növbəsində, istehsalın və ticarət dövriyyəsinin həcminin azalmasına, eləcə də iqtisadi baxımdan geriləmələrə yol açıb”. “APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyevin “Xalq” qəzetində dərc olunan məqaləsində bildirilir.

Komitə sədri yazır ki, beynəlxalq böhran, xüsusilə, son bir ildə bəzi ölkələrin iqtisadiyyatındakı tənəzzül amillərini daha da artırıb: “Neftin dəyərinin kəskin enməsi, manatın dollara nisbətən dəyərində aparılan tənzimləmələr Azərbaycan iqtisadiyyatında da müəyyən problemlər yaratmaya bilməzdi. Lakin Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət, iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar böhranın ölkəmizə təsirini minimuma endirdi. Belə ki, qeyri-neft sektorunun – ağır və yüngül sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafı məqsədilə böhrandan əvvəl görülən işlər ölkəmizi dünya iqtisadiyyatında baş verən təlatümlərdən maksimum həddə qoruya bildi”.

A. Əliyevin sözlərinə görə, bu uğurlu nəticələrin təməlində duran əsas amillərdən biri də ölkəmizdə sahibkarlıq fəaliyyətinə göstərilən dövlət dəstəyi, sahibkarlıq subyektlərinin inkişafı məqsədilə atılan mühüm addımlardır.

“Dövlət başçısının da bəyan etdiyi kimi, artıq Azərbaycan qəti olaraq neftdən asılılığı aradan qaldırmalı, özəl sektorun fəaliyyəti üçün bütün şərait yaradılmalı, lazımsız yoxlamalara, korrupsiya hallarına, sahibkarlıq subyektlərinin inkişafına mane olan süni əngəllərə birdəfəlik son qoyulmalıdır. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rola oynayan gömrük orqanları bir sıra tədbirlər həyata keçirir. Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına mühüm önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq gömrük orqanlarında iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təkliflər dəyərləndirilir”, – deyə komitə sədri qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=52066

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930