"Beynəlxalq Bank" "Bank of Baku"nu yedimi? – Bank sektorunda ilginc gəlişmələr

19.03.2014 - 15:41
“Beynəlxalq Bank” “Bank of Baku”nu yedimi? – Bank sektorunda ilginc gəlişmələr

“Bank of Baku”nun Müşahidə Şurasının sədri və 10% səhm sahibi vəzifəsindən azad edilib.
Bankın məlumatında deyilir ki, Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağında ABB baş direktoru Elmir Həbibullayev “Bank of Baku” ASC-nin Müşahidə Şurasının üzvü və Müşahidə Şurasının sədri vəzifəsinə seçilib. Elçin İsayev isə Müşahidə Şurasının sədrinin baş müşaviri təyin edilib.
Bu ayın əvvəlində “Bank of Baku” Müşahidə Şurasının sədri Elçin İsayevin həbs edildiyi yazılmışdı. Sonradan İsayev bunu təkzib etdi və bankın sisteminə qanunsuz giriş olduğu üçün onun müraciəti əsasında MTN yoxlama başlayıb. Yoxalama zamanı bir sıra şəxslərin müdaxiləsi təsdiq edilib.
haqqin.az portalının məlumatına görə, İsayevin dedikləri həqiqətə uyğun deyil. İstintaq İran izi, çirkli pulların yuyulması, Rza Zərrabla əlaqələrlə bağlı aparılır. Portalın məlumatına görə,”Bank of Baku”nun sahibi Rza Zərrabın bacısı Şəhramdır. Bankın sahibi İran pullarının Azərbaycanda yuyulmasında iştirakçıdır və bu, xüsusi xidmət orqanlarının diqqətini cəlb edib.
2010-cu ildə Wikileaks saytında ABŞ səfiri Enn Dersin məxfi yazışması açıqlanmışdı. O, bir neçə bankda çirkli pulların yuyulması şübhəsini ifadə etmişdi. “İrandakı mənbə bildirib ki, onun dostu Adil Şəhrəbaninin (Bank Melli Iran-ın keçmiş meneceri) $5 mln nağd pulu Bank of Baku-ya verdiyinin şahidi olub, bunlar kitablarda qeydiyyata alınmayıb”.
Bank of Baku ətrafındakı son hadisələr 2012-ci ilin əvvəlində Texnika Bank-da baş verənləri xatırladır. O vaxt bu bankın rəhbər şəxsləri həbs edilmişdi. İki aya bankın rəhbər vəzifələrinə ABB-nin əməkdaşları gətirildi. Sonradan bankın səhmdarlarının tərkibi də dəyişdi,
Maraqlıdır ki, Texnika Bank-ın keçmiş İH sədri və bir sıra rəhbərləri həbsdə yatır, Müşahidə Şurasının sədrinin işi ayrılıb və onun barəsində qətimkan tədbiri dəyişdirilib, ölkəni tərk etməmək barədə iltizam alınıb. Bu müddətdə o, 15% səhmdən məhrum edilib. Əsas səhmdar (75%) “WorldWines” şirkətinin payını Lüksemburqda qeydiyyatda olan “Beafourd İnvestissements” alıb, Kazimir CaspianFund Limited 10% payı ilə qalıb.
“Bank of Baku”nun səhmdarları 2 fiziki və 3 hüquqi şəxsdir: “Nab Diş Ticaret (Türkiyə)” (40%), “Azpetrol” (28,89%), sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyev (11,22%), Elçin İsayev (10%) və “Azinvest” MMC (9,9%). (dia.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5208

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031