Putin Ukrayna məsələsindən 20 milyard dolları necə qazandı?

20.03.2014 - 10:20

Putin Ukrayna məsələsindən 20 milyard dolları necə qazandı?

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranından 20 mlrd. dollardan çox gəlir əldə etdi, üstəgəl xarici investorların əlində olan energetika şirkətlərinin 30%-ə yaxın səhmlərini şəxsi nəzarəti altına aldı. 
Bu barədə “livejournal.com”da yer alan məqalədə qeyd olunur.
Məqaləyə görə, əvvəllər Rusiyada energetika şirkətlərinin səhmlərinin bir hissəsi xarici investorlara məxsus idi. Yəni neft-qazdan əldə edilən gəlirin demək olar ki, yarısı Rusiya dövlət büdcəsinə daxil olmur, Avropanın “maliyyə akula”larının hesabına köçürülürmüş. Krım məsələsinə görə, Rusiyada rublun dəyəri qəfildən düşməyə başladı. Lakin Mərkəzi Bank vəziyyətə müdaxilə etmədi. Hətta belə şaiyələr gəzməyə başladı ki, Rusiyanın rublun dəyərini saxlamaq üçün ehtiyat valyutası yoxdur. Bütün bunların fonunda Putin Ukraynanın rusdilli əhalisini müdafiə edəcəyini bəyan etdi. Nəticədə Rusiyanın energetika şirkətlərinin səhmlərinin qiymətləri kəskin şəkildə aşağı düşdü. Bundan qorxuya Avropanın “maliyyə akula”ları Rusiyada sahib olduqları səhmləri satmağa başladı. Putin isə bir həftə də gözlədi. Əsasən ABŞ və avropalı investorların nəzarəti altında olan səhmlərin dəyəri “su qiymətinə” düşəndən sonra hamısının alınması barədə göstəriş verdi. ABŞ və Avropanın “maliyyə akula”ları vəziyyətin nə yerdə olduğunu başa düşəndə artıq gec idi. Putin bu “əməliyyat”dan 20 mlrd. dollardan çox vəsait əldə etməklə yanaşı, ölkədəki energetika şirkətlərinin xarici investorların əlində olan səhmlərini dövlətin nəzarəti altına aldı.(anspress)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5214

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930