Ziya Məmmədovun köməkçisi "Gülənçi" cıxdı

20.03.2014 - 10:37

Ziya Məmmədovun köməkçisi “Gülənçi” cıxdı

Nəqliyyat nazirinin ətrafında “camaat”a bağlı şəxslərin olduğu bildirilir
 
Nəqliyyat naziri Ziya Məmmədov “Baku Taxi Company”nin rəhbəri Ilqar Qasımovu işdən çıxaranda “Azadlıq” bu barədə maraqlı məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, Ilqar Qasımovun işdən çıxarılmasının səbəbi onun nurçu olması barədə iddialardan doğur. Ziya Məmmədov Azərbaycanda “nurçu təhlükəsi”nin gündəmə gəlməsindən sonra narahat olub və onu işdən çıxarmağı qərara alıb.
Amma sən demə Ziya Məmmədovun rəhbərliyi altında işləyənlərdən yalnız Ilqar Qasımov nurçu deyilmiş. Nəqliyyat nazirinin köməkçisi Ziya Əliyevin də nurçularla əlaqəli olduğu bildirilir. Axar.az məlumat yayıb ki, Ziya Əliyev  “Irəli”nin təsisçilərindən biridir. O, həm də ASAIF-in məclis üzvləri sırasında yer alır və nurçuların bütün şəbəkəsində etibarlı şəxs kimi təmsil olunur.
Ziya Məmmədovun yanında daha bir şəxsin də nurçuların aktiv təbliğatını apardığı bildirilir. Bu şəxs Elnur Baimovdur. 
Anar Məmmədxanovun “Day.az” layihəsi ilə məşhurlaşan Baimovun media sahəsindəki bacarıqlarından Elnur Aslanov yaratdığı sayt və internet televiziyasında istifadə edib.   2013-cü ilə qədər Elnur Aslanlova məxsus media qurumlarına  nəzarət edən Baimov daha sonra Nəqliyyat Nazirliyinə keçib. Baimov Ziya Məmmədovun diaspor işi və Azərbaycanın xaricdə təbliği ilə məşğul olan oğlu Anar Məmmədovun bu yöndəki fəaliyyətinin gücləndirilməsinə dəstək verib və bunun üçün Fasebook-da tirajlı səhifələr yaradıb. Maraqlısı isə odur ki, Anar Məmmədovun dəstəyi ilə alınan və diaspor fəaliyyətinin təbliği üçün nəzərdə tutulan Fasebook səhifələri Elnur Aslanovun kurasiyasında olan media qurumlarının təbliğinə xidmət edir. Başqa bir maraqlı fakt isə odur ki, Elnur Aslanova məxsus olan və Məmmədovların dəstəyi ilə alınan Facebook səhifələrində reklam edilən saytlarda Ziya Məmmədovla qohumluq əlaqələri olan bir neçə ziyalının əleyhinə kəskin yazıların yayımlanmasıdır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5216

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930