Rövnəq Abdullayev namaz qılanları işdən çıxarır

20.03.2014 - 11:04

Rövnəq Abdullayev namaz qılanları işdən çıxarır

SOCAR və “Tekfen” şirkətinin birgə işlədiyi yeni olimpiya mərkəzində çalışan işçilər namaz qıldıqları üçün işdən çıxarılıb. Islamazeri.az saytının məlumatına görə, onların sayı 15 nəfərdir. Digər gündəlik dini ibadətlərini yerinə yetirənləri də eyni aqibət gözlədiyi açıqlanıb. 
Belə ki, martın 18-də günorta namazının camaat halında qılınmasından sonra SOCAR-ın yüksək vəzifəli işçiləri 15 nəfərin iş kartını əlindən alıb və işdən çıxarılmalarını bildirib. Məlumata görə, bu hadisə namazdan dərhal sonra baş verib.
Baş verənlərlə bağlı Islam Həmdəmov və Elşən Məmmədov adlı işçilər Islamazeri.az saytına açıqlama verərək faktı təsdiqləyiblər. Olayla bağlı “Tekfen” şirkətinin türkiyəli əməkdaşı Hüseyn adlı şəxs (hansı vəzifə daşıdığını açıqlamaqdan imtina edib) isə FaktXeber.com-a açıqlama verərək kiminsə namaz qıldığına görə işdən çıxarılmasının düzgün olmadığını söyləyib: “Məgər insanları namaz qıldıqlarına görə işdənmi çıxarmaq olar” Biz heç kəsi namaza görə işdən uzaqlaşdırmamışıq. Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5218

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930