"Bir müsəlman digər müsəlmanı güdərmi?" – Ərdoğan

20.03.2014 - 11:35

“Bir müsəlman digər müsəlmanı güdərmi?” – Ərdoğan

Türkiyə baş naziri son günlər gündəmdə olan telefon danışıqlarının dinlənməsi barədə açıqlama verib
Dünya Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ölkədə baş verən siyası qalmaqallardan danışdı. ANS PRESS-in məlumatına görə, baş nazir TRT kanalı vasitəsilə bəzi qaranlıq məqamlara aydınlıq gətirib.
Ərdoğan son günlər gündəmdə olan telefon danışıqlarının dinlənməsi barədə açıqlama verərək, bu əməli sərt şəkildə tənqid edib. Baş nazir bu əməlin vətənə xəyanət olduğunu və bunun Türkiyə Cümhuriyyətinə qarşı olan dövlətlərin xüsusi planları olduğunu deyib.
“Mənim telefon danışıqlarımı dinləyiblər. Ailəmlə, dostlarımla, tanışlarımla danışıqlarım dinlənib. Oğlumun, həyat yoldaşımın, qızımın telefon danışıqları dinlənib. Bu qanuna ziddir! Şəriətdə də bu haramdır. Bir müsəlman digər müsəlmanı güdərmi? İslam dinində bu varmı? Telefon danışıqlarımızla bizi şantaj edirlər. Bu həm də beynəlxalq qanuna ziddir”, – deyə Ərdoğan bildirib.
Baş nazir dövlət əhəmiyyətli məsələləri də müzakirə edən zaman, telefon danışıqlarının dinləndiyini və bu danışıqların başqa dövlətlərə ötürüldüyünü iddia edib: “Mənin energetika nazirilə telefon danışığım dinlənib. Bu danışıqlar Türkiyənin iqtisadiyyatının çökməsini gözləyən dövlətlərə ötürülüb. Bu göz görə-görə xəyanətdir. Burada bir çox qaranlıq qalan məqamlar var”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5220

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930