Davudoğlu: “Rusiyaya bir daha xəbərdarlıq edirik”

01.02.2016 - 10:49

davudoqlu“Rusiyanın apardığı siyasət ilk növbədə Moskvanın özü üçün təhlükəlidir”. “Report”un NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu fikri Ər-Riyadda Türkiyənin baş naziri Əhməd Davudoğlu səsləndirib.

O, bildirib ki, Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozması ilə bağlı həm Ankarada, həm də NATO-da lazımi qədər sübut mövcuddur.

“Moskvaya bir daha xəbərdarlıq edirik. Rusiya bütün ölkələrin hava sərhədlərinə hörmət etməlidir, həmçinin Türkiyənin”, – deyə Davutoğlu vurğulayıb.

Davudoğlunun sözlərinə görə, rəsmi Moskvanın Yaxın Şərq regionunda yürütdüyü siyasət heç də bəyan edilən məqsədlərə xidmət etmir. Baş nazir bildirib ki, Rusiya hərbi aviasiyası Suriyada İŞİD terrorçularına heç bir zərər vermir.

Qeyd edək ki, yanvarın 29-da saat 11:46-da Rusiya Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi Türkiyənin hava məkanını pozub.

Short URL: http://www.cumhuriyyet.net/?p=52232

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728