AXCP sədrindən Novruz təbriki

20.03.2014 - 13:26

AXCP sədri Əli Kərimli Novruz bayramı münasibətilə xalqı təbrik edib.

AXCP sədri Əli Kərimli Novruz bayramı münasibətilə xalqı təbrik edib. Təbrikdə deyilir:

“Əziz həmvətənlərim, dəyərli xalqım!
Sizi qədim, zaman-zaman
işğalçı rejimlər tərəfindən yasaq edilmiş, dədə-babalarımızın min bir
əziyyətlə yaşadıb bu günlərə qədər gətirib çıxardıqları bu əziz Novruz
Bayramı münasibəti ilə təbrik edirəm. Hazırda Novruz bayramı dövlət
səviyyəsində qeyd edilsə də, bu, bayağı konsertlərdən, şoulardan,
məddahlıqdan başqa bir şeyi ifadə etmir. Bilirəm ki, vətəndaşlarımız onu
ürəkaçıqlığı, həqiqi şadyanalıqla, adət-ənənəyə layiq şəkildə bayram
edə bilmir. Bir çoxları maddi imkansızlıq, kasıblıq ucbatından süfrəsinə
istədiyi nemətləri düzə bilmir, övladlarını, nəvə-nəticələrini,
valideynlərini ürəkdən sevindirə bilmirlər. Ailə başçısı, övladı məcbur
qalıb minlərlə kilometr uzaqda çörəkpulu qazanan, hərbi xidmətdə baş
verən özbaşınalıqlar ucbatından həlak olan əsgərlərimizin valideynləri,
rejimin şərləməsi nəticəsində artıq neçə bayramını məhbəsdə keçirən
vicdan məhbuslarının yaxınları, körpə balaları, 25 ilə yaxındır erməni
işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızdan didərgin düşən
qaçqın və məcburi köçkün, şəhid ailələri, olduqca ağır şəraitdə yaşayan
Qarabağ qaziləri də az deyil. Neftdən gələn milyardlarla manat gəlir
hakim ailə və rejim xidmətçiləri tərəfindən mənimsədildiyindən həqiqi
vətənpərvər, savadlı, yüksək ixtisas sahibi olan insanlar yaşam üçün
mücadilə etmək məcburiyyətindədir. Mövcud zalım iqtidar öz hüquqları,
söz, yığıncaq və toplaşmaq azadlıqları uğrunda mücadiləyə qalxmış
neçə-neçə gənclərimizə, jurnalistlərə, hüquq müdafiəçilərinə, inanclı
vətəndaşlarımıza, müxalif siyasi partiya təmsilçilərinə məhbəs həyatı
yaşadır.
Lakin sevindirici haldır ki, indi minlərlə gənc, yaşlı,
qadın müxalifətin işıqlı gələcək, demokratiya uğrunda on illərlə
apardığı mübarizəyə qoşulub, diktaturaya yox deyir, öz haqqını tələb
edir.
Novruz yeni gün, təbiətin oyanışı, dirçəlişi, saflaşma,
canlanma deməkdir. Bu bayram həmişə insanlara bir ümid, gələcəyə inam,
nikbinlik gətirib. Əminəm ki, əjdadları bu bayramı unutdurmamaq üçün hər
cür əzab-əziyyətə sinə gərmiş Sizlər öz haqlarınız, azadlığınız, işıqlı
gələcəyiniz uğrunda da daha böyük əzmlə mübarizənizi davam etdirəcək,
ədalətli cəmiyyət, haqqın, demokratik dəyərlərin vətənimizdə bərqərar
olmasına birlikdə nail olacaqsınız.
Hörmətli həmvətənlərim! Sizi bir
daha Novruz bayramı münasibətilə təbrik edir, üzləşdiyiniz çətinliklər
ucbatından ruhdan düşməməyə, daha təşəbbüskar və mütəşəkkil, mübariz
olmağa çağırır, özünüzü və gələcək nəsilləri layiq olduğunuz firavanlığa
qovuşdurmaq naminə şərəfli ömür sürməyinizi, yüksəlişə, səadətə
tezliklə nail olmanızı diləyirəm. Qoy qəlbinizdəki Azadlıq alovu Novruz
tonqallarınız kimi daima gür yansın, işığı, istisi ürəyinizdən heç vaxt
əskik olmasın!”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5225

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930