Əliyevin yenilənmiş Putin leksikonu

20.03.2014 - 13:28

Yanılmıramsa, bu, Əliyevlərin 21-ci Novruzudur. 21 Novruzdur onlar
xalqa Qarabağ yalanı danışırlar. Qabağlar bu yalanlara inananlar vardı,
indi kimsə inanmır. Indi bu ölkədə hamı “prezident” adlanan kimsənin
Qarabağla bağlı yalan danışdığını bilir. Indi bu ölkədə Əliyevlərin
Qarabağı qaytarmaq istəyində olmadığını bilməyən yoxdur. “Çox söz
yalansız, çox mal haramsız olmaz”,- deyirlər. Bunlar çox sözlə çox mal
yiyəsidirlər. 21 ildə Azərbaycandan, Rusiyadan, uzaq Panamayadək
milyardlarla pul, mal-mülk yiyəsi olublar – Xalqa Qarabağ yalanları
danışa-danışa. 

Qabağkı illərin Novruzqabağı Qarabağ ritorikası unudulmamış olar. O
ritorikalar toparlama belə idi: “Qarabağ bizimdir, bizim olacaq”.
I.Əliyevin indiki 19 mart çıxışında biz Putinin bir gün qabaq Kremldə
etdiyi bəlli çıxışın bir sıra notlarını görürük. I.Əliyev bircə gündə
dəyişib ürəklənərək Putin kimi danışmağa başlayıb: “Biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycan öz suverenliyini bərpa edəcək,
biz azərbaycanlılar Dağlıq Qarabağa, digər işğal edilmiş topaqlarımıza
qayıdacağıq…” Bunları demirəm, bunlar, demək olar, 21 illik bəlli
ritorika görsənişləridir. Putinsayağı yenilik sonuncu frazadadır: “Biz
bütün tarixi torpaqlarımıza qayıdacağıq”. Çox ilginc bir görsəniş:
indiyədək Rusiyanın qorxusundan Dağlıq Qarabağın adını qorxa-qorxa çəkən
adam birdən… “bütün tarixi torpaqlarımıza qayıtmaq” istəyindən
danışır. Nə baş verib? Bəlkə, aldadıb ələ almaq üçün Mustafa Krımoğluna
tarixi torpaqlarında suverenlik boyun olan Putin I.Əliyevə də buna
bənzər boyunolmada bulunub. Yoxsa, I.Əliyev keçmiş ritorikaların daha
işə yaramadığını, xalqın ona inanmadığını düşünərək, eləcə də “tarixi
torpaq” anlayışının etkili-effektli olduğunu görərək belə danışı?!

Görəsən o, düşünürmü Azərbaycanla bağlı “tarixi torpaq” anlayışının
arxasında nələr yatır. Gəlin bunu ən azı özümüz üçün açıqlayaq.
Azərbaycanla bağlı TARIXI TORPAQ anlayışının arxasında Rusiya
saldırısından sonra əlimizdən çıxmış Dərbənd, Borçalı, Göyçə-Zəngəzur
(bütövlükdə: Batı Azərbaycan), bütün bunlardan sonra Qarabağ, ayrıca
olaraq Dağlıq Qarabağ durur. I.Əliyev “tarixi torpaqlarımız” kod adı
altında bunları düşünürsə, bu, açıq deyilməlidir – hamının nədən
danışıldığını bilməsi üçün. Lap üstüörtülü də deyilə bilər, ancaq…
Putin Krımı Rusiyaya qaytarmaq üçün bir çoxlarının düşündüyü kimi,
günlər, həftələrlə deyil, illərlə çalışmalarda bulundu. Bugünlər
televiziya ekranlarından biz bunu aydın görürük. Putin bir sıra
sferalarda Rusiyanı gücləndirə, ölkədə böyük çoxluğu gərəkirkən bir
yumruğa döndərə bilib.

Bizdə necədir? Əliyevlər əldə qalan 80 min kv. metrlik Azərbaycanı
çoxillik hakimiyətləri boyunca içəridən min yerə bölüb parçalayıblar.
I.Əliyev müxalifəti “ermənidən betər düşmən” gözündə görür, ortaya bir
dənə də fakt qoymadan “xain”, “satqın” adlandırır. Rüşvəti,
korrupsiyanı, oğurluğu, soyğunçuluğu, monopoliyanı DÖVLƏT SIYASƏTINƏ
çevirən rejim satılmayan müxalifət partiyasının qərərgahını partladıb
dağıdır, satılmayan müxalifət qəzetini qapatmaq üçün bütün administartiv
resurslara əl atır, NIDAçılar başda olmaqla satılmayan gəncliyi
şərləyib tutdurur, bütövlükdə yurddaşları satılan-satılmayan
kateqoriyasına bölərək birincilərlə bağlı KÖKƏ, ikincilərlə bağlı KÖTƏK
siyasəti yürüdür. 

1870-ci ildə Prussiyanın Fransanı yenməsindən sonra kansler
Bismarkdan savaşı kimin udduğunu soruşmuşdular. Onlar “Mən!”
deyiləcəyini gözləyirkən Bismark demişdi: “Prussiya müəllimi”. O çağlar
Bismark Prussiyada bütün Avropadakından üstün TƏHSIL SISTEMI yaratmışdı.
Rüşvətə bürünmüş əliyevçi təhsil sistemi nə yetişdirir: yolsuzluq
yolçuları, Azərbaycana yad təriqət adamları! Əlində olanı yetərincə
yönətə bilməyənin “tarixi torpaq” istəyində bulunması Novruzqabağı da
olsa, acınacaqlıdır…

Short URL: http://www.cumhuriyyet.net/?p=5226

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930