"Sədərək" və "Binə" ticarət mərkəzləri vəhhabi və nurçularla doludur

20.03.2014 - 13:39


Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri
Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə Prezident Administrasiyasının
(PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun
nurçuluqla əlaqəsi olduğuna görə tutduğu vəzifədən azad olunması barədə yazılan
məlumatlara münasibət bildirib.

Deputat C. Paşazadə açıqlamasında
söyləyib ki, artıq son günlər görülən tədbirlər və işdən çıxarılmalar cənab
prezidentin bu məsələyə münasibətinin göstəricisidir. Onun sözlərinə görə, ötən
gün Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən iclasda da nurçularla bağlı
məsələ barədə söhbət aparılıb: “Yəni, artıq bütün təşkilatlarda bu cür
söhbətlər gedir. Artıq bu məsələyə dövlətin münasibəti də bəllidir”.

“Sədərək” və “Binə” ticarət mərkəzlərində vəhabi və nurçuların olması barədə
məsələ qaldırdığını da vurğulayan C.Paşazadə deyib: “İndi “Sədərək” və “Binə”
ticarət mərkəzləri vəhhabilər və nurçularla doludur. Bu ticarət mərkəzlərində
digər sektalardan olan adamlar da var, ancaq daha çox nurçu və vəhabilərdir.
Hələ 10-12 il əvvəl evlərdə qeydiyyatda alınan dini sektaların nümayəndələri də
var ki, onlar indi hələ də bizə ziyan verirlər. Bütün bunlar faktdır və bunu
gizlətmək lazım deyil. Bunlara qarşı Şeyx mübarizə aparır, ancaq xalqın da
dəstəyi olmalıdır, mətbuat bunu geniş formada yazmalıdır, telekanallarda isə
bununla bağlı məlumatlar getməlidir və sairə. Gənclərə dövlətin siyasəti, milli
maraqlar, həqiqi yol başa salınmasa, o zaman bu pis nəticələr verə bilər. Din
əqidə deməkdir. Sağlam əqidə olmayan yerdə isə əlbəttə ki, həm xalq, həm də
dövlət zərər çəkər. Bütün bunların olmaması üçün mətbuat ciddi şəkildə bu işlə
məşğul olmalıdır. Bəzən mən bu barədə fikirlər söyləyən zaman mənimlə bağlı
olmayan yazılar yazılır. Hətta, bu cür yazılar indi davam edir. Yəni, görünür
ki, mənim dediyimi həqiqi sözlər həmin insanlara sərf etmir. Ancaq etiraf edək
ki, bu işdə bizə yaxından kömək edən mətbuat orqanları da çoxdur. Həmin
mətbuatın bu işdə böyük zəhməti var və mən bunu etiraf edirəm. Əslində,
mətbuatın işi budur. Çünki xalq mətbuata baxır”.

Deputat Bütün Qafqazın Şeyxi olan qardaşı A.Paşazadənin Abu-Dabi səfəri
zamanı onunla bir heyətdə millət vəkili Rəbiyyət Aslanovanın yer alması ilə
bağlı mətbuatda yazılanları da şərh edib: “Bilirsiniz, belə şeylər doğru deyil.
Bunlar boş-boş söhbətlərdir. Rəbiyyət Aslanova Milli Məclisin komitə sədridir,
onun oğlu da cənab prezidentin Sərəncamı ilə vəzifəyə təsdiq olunan adam idi və
Sərəncamı ilə də vəzifədən azad olundu. Bu məsələ cənab prezidentin öz
səlahiyyətlərinə aiddir. Digər tərəfdən isə bu gün Rəbiyyət Aslanova millət
vəkilidir və onun 40 minə yaxın seçicisi var. Bu o demək deyil ki, Rəbiyyət Aslanova
Azərbaycan xalqına düşməndir” Onun öz vəzifəsi var”.

Şeyxin qardaşı deyib ki, ancaq təriqətlərə meyl edən  insanların
hər birinin arxasında bu gün kütlə dayanırsa, bu, təhlükədir. Bu da təbii bir
şeydir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5228

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728