İtmiş təyyarənin qalıqları tapıldı?

20.03.2014 - 13:43

Martın 8-də müəmmalı şəkildə yoxa çıxmış Malayziyanın “Malaysian
Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qalıqlarının
tapıldığı ehtimal edilir. Avstraliya
peykdən izlənmə yolu ilə Hind okeanında həmin təyyarəyə məxsus olduğu
iddia olunan 2 obyekt aşkarlayıb.

Bu barədə Avstraliyanın baş naziri Toni Ebbot məlumat verib. Onun
sözlərinə görə, Avstraliya Dəniz Təhlükəsizlik İdarəsinin peykdən aldığı
görüntülər həmin obyektlərin qəzaya uğramış Boinq-777 təyyarəsinin
qalırları olduğunu deməyə əsas verir.

Qurum artıq həmin peyk şəkillərini də yayıb. Avstraliya xilasedici
missiyasının aşkarladığı həmin obyektlərdən birinin uzunluğunun 24 metr
olduğu bildirilir. Həmin obyektlər okean suyunun üzərində hərəkət etdiyi
üçün onların nə olduğunu dəqiq demək hələ mümkün deyil. Hazırda
obyektlərin aşkarlandığı əraziya Avstraliya təyyarələri göndərilib.
Dəqiq məlumatlar əldə edildikdən sonra Avstraliya Dəniz Təhlükəsizliyi
İdarəsi bu barədə mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, Malayziyadan Çinə uçarkən radarlardan itən təyyarədə
ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub. Təyyarənin 2 istiqamət üzrə
axtarışında 26 ölkənin xilasediciləri, təyyarə və gəmiləri iştirak edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930