Hafiz Hacıyev: "Elnur Aslanova cinayət işi açılmalıdır"

20.03.2014 - 14:07

Hafiz Hacıyev: “Elnur Aslanova cinayət işi açılmalıdır”

 Rəbiyət Aslanova Milli Məclisdən uzaqlaşdırılmalıdır”
“Elnur Aslanovla bağlı fikirlərimi 2008-ci il prezident seçkiləri ərəfəsində demişdim. O zaman onun anası Rəbiyət Aslanova ilə aramızda kiçik mübahisə düşdü və onda bütün həqiqətləri açıq şəkildə ortaya qoydum. Nəhayət ki, haqq yerini tutdu, 6 ildən sonra olsa da, Elnur Aslanovun iç üzü hər kəsə bəlli oldu”.
Moderator.az xəxəbr verir ki, bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun işdən çıxarılmasına münasibət bildirərkən deyib. MMP sədrinin sözlərinə görə, Rəbiyyət Aslanova da, Elnur Aslanov da həmişə dövlətçiliyimizin, ölkə başçısının əleyhinə işləyiblər:
“O vaxt seçki ərəfəsində teledebatda mən Heydər Babayevlə bağlı faktlar açıqladım, onun xəyanətlərindən danışım, amma Rəbiyyət Aslanova dövlətə xəyanət etməyə cəhd edən bir nazirin müdafiəsinə qalxdı. O zaman mən onu da dedim ki, Azərbaycanda qabiliyyətli, savadlı yüzlərlə gənc var, amma Elnur Aslanov kimi biri irəli çəkilir. Mən o vaxtdan bilirdim ki, Elnur Aslanov Azərbaycan dövlətçiliyinə işləmir, onun ideyaları, məramları başqadır. Onun ideyaları, ətrafında olan insanlar xərçəng xəstəliyi kimi yayılmışdı. Minnətdaram ki, prezidentimiz mənim 2008-ci ildə dediklərimin həqiqət olduğunu sübuta yetirdi və Elnur Aslanovu tutduğu vəzifədən kənarlaşdırdı. Bu adam Azərbaycana müsbət divident gətirən heç bir layihəyə imza atmayıb. Çalışırdı ki, başqa dini cərəyanlarla, başqa ölkələrdəki qruplaşmalarla birləşsin. Yadınızdadırsa, onun anası da bu günlərdə demişdi ki, mənim oğlum ciddi siyasətçidir. Dövlət məmurunun bu cür təbliğ olunması yanlış bir şeydir. Bunlar bir şəbəkədir, Azərbaycan dövlətçiliyini içindən xərçəng kimi yeyirlər”.
H.Hacıyev deyib ki, bu şəbəkənin nümayəndələri təkcə Elnur Aslanov deyil, başqaları da var. Onun sözlərinə görə, həmin adamlar bu gün də Azərbaycan dövlətçiliyinə zərbə vurmağa hazırdırlar:
“Mən istədim ki, Elnur Aslanovun ətrafına da əl gəzdirilsin. Azərbaycanda bu cür inkişaf edir, indi bunlar nə istəyirlər? Qardaş ölkə ilə aramıza girmək istəyən qüvvələr nə demək istəyirlər? Elnur Aslanov heç vaxt Azərbaycan dövlətçiliyinə işləməyib. O vaxt bunu deyəndən sonra mənə təzyiq elədilər. Mən bunu deməyə də bilərdim, amma dövlət başçısını və onun yürütdüyü siyasətə hörmət etdiyim üçün üzləşəcəyim məhrumiyyətlərə baxmayaraq, bu kimi adamları ifşa edirəm”.
Partiya sədri E.Aslanovun onu təhdid etdiyini də dilə gətirib:
“Mən, onun hansı məhsəbə qulluq elədiyini deyəndən sonra zəng elədi, söyüşlə təhqir elədi, hədələdi. Ondan sonra min-bir məhrumiyyətlərə məruz qaldım. Allaha şükür ki, ölkə başçısı onun iş üzünü gördü və komandadan qovdu. Ola bilər ki, Elnur Aslanovu o vaxt məni təhqir və təhdid elədiyinə görə məhkəməyə verim. Bunu sübüt edən səsyazısı da məndə var. Onu da deyim ki, Elnur Aslanovun işdən çıxarılması ilə kifayətlənmək lazım deyil. Çünki onun elə əməlləri var ki, hüquq-mühafizə orqanları araşdırsalar, həbsə qədər gedib çıxa bilərlər. O cümlədən, Rəbiyyət Aslanovanı da Milli Məclisin komissiya sədrliyindən uzaqlaşdırmaq lazımdır. Bu adamların Azərbaycan xalqına xidmət etməmələri tam sübuta yetirilib. Məni təhqir lədiyinə də görə Elnur Aslanova cinayət işi açılmalıdır. Ona görə də mən ölkə prezidentinin atdığı bu addımları alqışlayıram və bu yöndə addımlarının davamlı olmasını arzulayıram”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5230

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930