Sumqayıtda dövlət bayrağımızı ayaqaltı etdilər
Azərbaycan bayrağına düşmənsayağı münasibət nə ilə izah edilə bilər?
Azərbaycan bayrağına düşmənsayağı münasibət nə ilə izah edilə bilər?
Eldəniz Quliyev: “Azərbaycan bayrağını ayaq altına atmaq dövləti cinayətdir və bunu bağışlamaq olmaz”
Azərbaycan dövlət bayrağının təsviri
Sumqayıt şəhərinin mərkəzi avtomobil yoluna, piyadalar üçün keçid zolağı
əvəzinə həkk edilib. Səhər saatlarında iş yerlərinə gedən Sumqayıt
sakinləri belə bir mənzərədən təəccübləniblər. Həm də bu, yolun tək bir
hissəsində yox, yol boyu bir neçə yerdə təkrarlanıb.
Bir qrup Sumqayıt sakini isə asfalt
üzərindəki bayrağımızın görüntülərinin həm foto, həm də videosunu
qəzetimizin elektron ünvanına göndəriblər. Gün ərzində redaksiyamıza bu
məsələ ilə bağlı çoxsaylı zənglər də daxil olub. Sakinlər dövlət
bayrağına qarşı bu münasibəti olduqca anlaşılmaz və vicdansız addım kimi
dəyərləndiriblər. Vətəndaşlar bu ideyanın müəllifinin icra hakimiyyəti
olduğunu düşünür. Çünki şəhərdə hər şey onun nəzarəti altındadır və heç
kim belə səs-küy doğuracaq bir işi onun razılı olmadan edə bilməz.
Üstəlik, bir gün əvvəl Sumqayıt küçələrində icra başçısı Eldar Əzizovun
göstərişi ilə növbəti “qeyri-adi” şənlik (Novruz bayramı ilə bağlı)
keçirilib.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Icra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da bu mümkün olmadı.
Baş verəni şərh edən Azərbaycan ZiyalılarГї
Birliyinin sədri Eldəniz Quliyev vurğulayıb ki, baş verən Azərbaycan
dövlətinə qarşı hörmətsizlikdir: “Bu, Sumqayıt rəhbərliyinin hakimiyyətə
yarınmağından doğan bir qüsurdur. Azərbaycan bayrağını ayaq altına
atmaq, avtomobil yoluna həkk etmək dövləti cinayətdir və bunu bağışlamaq
olmaz”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5231