“Efirə hansı proqramla qayıdacağımı bilmirəm” – Elgiz Əkbər

01.02.2016 - 15:57
elgizTeleaparıcı Elgiz Əkbər “Günə baxan” verilişindən müvəqqəti uzaqlaşıb, hazırda isə onu Murad Əzimzadə əvəz edir.
E.Əkbər yanvarın 27-də efirə gedən buraxılışda müvəqqəti məzuniyyətə çıxdığını bildirib:“Tamaşaçıların nəzərinə çatdırıram ki, qısamüddətli məzuniyyətə çıxıram. Gələn verilişləri başqa aparıcı təqdim edəcək. Hər kəsə uğurlar arzulayıram. Allah qismət etsə, yenidən görüşərik”.
Sosial şəbəkələrdə “Günə baxan”ı artıq Elgizin aparmayacağı, onun yeni verilişlə ekranlara qayıdacağı barədə məlumat yayılıb.
Musavat.com məsələyə aydınlıq gətirmək üçün Elgiz Əkbərlə əlaqə saxlayıb. Əsmər adlı xanımla ailəli olan teleaparıcı ilk olaraq, dünən ata olması ilə bağlı təəssüratlarını bölüşüb: “Allah hamıya övlad payı versin. Övlad çox şirindir. İnanın ki, dünən xəstəxanada uşaqdan ayrıla bilmirdim. Elə bilirdim ki, uşaqdan ayrılsam, nə isə olar, qrip tutar. Ürəyimdə böyük həyəcan var idi. Bu hissi sözlə ifadə etmək çox çətindir. Ata olmaq arzusunda olan bütün bəylərə Allah övlad qismət etsin. Qızım olduğu üçün çox sevincliyəm. İlk övladımın qız olmasını çox istəyirdim. Uşağın cinsiyyətini yoxlatdırmamışdıq, buna ehtiyac duymadıq. Övlad Allahın göndərdiyi ən böyük mükafatdır.  Qız övladı ata-anaya daim dəstək olur, qayğı göstərir”.
E.Əkbər “Günə baxan” verilişindən uzaqlaşması barədə yayılan xəbərlərə də münasibət bildirib: “İki həftəlik məzuniyyət götürmüşəm, işə getməmişəm. “Günə baxan” verilişindən uzaqlaşdırılmağımdan xəbərim yoxdur. Bu haqda heç kim mənə məlumat verməyib. Məzuniyyətim bitdikdən sonra proqrama qayıdacağam və ya yeni layihə üzərində çalışacağım barədə məlumat alacağam”.
 
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov isə qeyd edib ki, yayılan məlumatlardan xəbərsizdir: “Elgiz “Günə baxan” verilişinə yenidən aparıcılıq edəcək. Elgizin başqa proqramla efirə qayıdacağını bilmirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=52379

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728