SOCAR vitse-prezidentin məlumatını təkzib etdi – Qaz almayacağıq

01.02.2016 - 16:35

ddd“Azərenerji” ASC-nin üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz alacağı ilə bağlı yayılan xəbərlər təkzib edilib.

SOCAR-dan AzNews.az-a daxil olan məlumatda bildirilir ki, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun fikirləri təhrif edilib və “Azərbaycan “Azərenerji” üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur” məlumatı həqiqəti əks etdirmir: “Elşad Nəsirov bildirib ki, hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, “AzMeCo”, “Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə “Qazprom”dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər”.

Məlumat üçün bildirək ki, bu gün KİV-lərdə Elşad Nəsirovun “Azərenerji” ASC-nin Rusiyanın “Qazprom” şirkətindən qaz alacağına dair açıqlaması dərc olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=52382

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728