Obama Rusiyaya qarşı sanksiyaları gücləndirdi
ABŞ prezidenti Barak Obama Ukrayna ilə Rusiya arasında baş verənlərlə
bağlı xüsusi bəyanatla çıxış edib. O, məhz bununla bağlı keçirdiyi
mətbuat konfransında bəyan edib ki, ABŞ sanksiyalar tətbiq olunacaq rus
vətəndaşlarının siyahısın genişləndirəcək. Sanksiyalar daha çox bankları
əhatə edəcək. Obama artıq bununla bağlı xüsusi sərəncam imzaladığını
bildirib. Sanksiyalar bundan başqa Rusiya iqtisadiyyatının açar
sektorların da vuracaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=5240