AB Rusiyaya qarşı sanksiyaları artırdı

21.03.2014 - 10:17

AB Rusiyaya qarşı sanksiyaları artırdı

Rəsmilər bəzi bank hesablarını dondurmaq və bəzi şəxslərə qarşı viza qadağası tədbiq etmək qərarına gəliblər
Avropa Birliyi tərəfindən Rusiyaya qarşı növbəti sanksiya qəbul edildi. Ötən gün Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasın yekunu olaraq rəsmilər daha 12 nəfərin bank hesablarını dondurmaq və adı hələlik açıqlanmayan şəxslərə qarşı viza qadağası tədbiq etmək qərarına gəliblər. Bununla da Rusiya hökuməti daxilində və xaricində Krım məsələsi ilə əlaqəli olan və buna görə də sanksiyalara məruz qalanların sayı 33 nəfərə çatıb.
Birliyin prezidenti Herman van Rompöy sanksiya tədbiq olunan şəxslərin adlarının bu gün çap olunacağını bildirib. Rompöyün sözlərinə görə, onlar arasında yüksək rütbəli şəxslər də var.
“Biz, eyni zamanda, Avropa Birliyi Rusiya sammitini də ləğv etdik. Həmçinin, birlik ölkələri ilə Rusiya arasında ikitərəfli görüşlər də olmayacaq. Rusiya tərəfindən atılan addımlar Ukraynada stabilliyin pozulmasına səbəb olarsa, Rusiya bunun ağır nəticələri ilə üzləşəcək. Ukraynada yaranmış gərgin vəziyyətə gəlincə isə, bu cür situasiyalarda hamı soyuqqanlılığını qorumalıdır. Məqsəd isə, gərginliyin azaldılması və beynəlxalq qanunlara hörmət edərək problemin sülh yolu ilə həllidir”. 
Avropa liderləri, eyni zamanda, Birliyin icraçı komissiyasına Avropada Soyuq müharibə dövründən sonra ilk dəfə siyasi böhran daha da dərinləşəcəyi təqdirdə Rusiyaya qarşı iqtisadi sanksiyalar tədbiq olunması üçün tapşırıqlar verib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5243

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930