Dünya varlıları barədə bilmədiklərimiz

21.03.2014 - 10:23

Dünya varlıları barədə bilmədiklərimiz

Onları bizim “kitayski” milyonçulardan fərqləndirən əsas cəhətlər hansilardir? 
Ən ucuz geyimdən, maşından, evdən istifadə edir, uşaqlarına fərqli tərbiyə verirlər… 
Son illər Azərbaycan xalqı qəfil varlanan, milyonlara qovuşan həmyerlilərinin əlindən dad döyür. Şəhərdə qudurğanlıq edənlər, uşaqlarına limitsiz imkanlar verib, insanların həyatı ilə oynamasına səbəb olanlar… daha çox bu kateqoriyanın nümayəndələridir. Bəli, problem təkcə pulun qazanılmasında yox, onun necə istifadə edilməsindədir. 
Dünyanın ən məşhur milyonçularının necə yaşaması, onların həyat prinsipləri və hətta ilginc xəsislikləri dillərə dastandır. 
Biz də bu bayram günlərində sizlərə dünya milyonçularının hekayələrini təqdim etməyə çalışacağıq. Baxın və müqayisə aparın: Bizim milyonçular onların yanında niyə “kitayski” görünür? 
Milyonçular ali təhsil almır, cəmi bir qadınla evlənir, uşaqlarına bahalı oyuncaq almır… 
Öncə ondan başlayaq ki, uğursuz nümunə olsa da, dünyanın məşhur milyonçularının böyük əksəriyyəti ali təhsil almayıb, ya da natamam ali təhsil alıb. Onların 6%-i isə elmlər namizədi dərəcəsinə sahibdirlər, 8%-i hüquqşünas təhsili, 6%-i isə tibb təhsili alıb.
Onların evliliklə bağlı vahid prinsipləri var: cəmi bir qadınla ömür boyu evli qalmaq. Bu, boşananda milyonlar itirilməsinin qarşısını almaq üçündür. Milyonçular həftədə ən azı 35-45 saat çalışırlar. 
Milyonçular arasında şotlandlar ən qənaətcil və məhsuldar milyonçulardılar. Lakin heç kəs bunu izah edə bilmir. Ən bədxərc milyonçular isə rus oliqarxları hesab edilirlər.
Tədqiqatlara əsasən, ciddi ailə büdcəsi və xərclərə ciddi nəzarət olan ailələrin ailə başçıları milyonçu olurlar. Bir çox milyonçular öz maliyyə gələcəklərini planlamalarına çox vaxt sərf etdiklərini bəyan edirlər.
Amerikada isə belə bir məşhur məsəl var: Əgər sən varlı bir insan tanıyırsansa, ona paxıllıq etmə, onunla mübahisəyə girişmə. Ən yaxşısı özün pul qazanmağa çalış. Məsələn, bu varlıya nəsə sat”. 
Həqiqi milyonçular heç vaxt öz uşaqlarının nazları ilə oynamırlar. Onlar yalnız övladlarının təhsilinə pul sərf etməyə xəsislik etmirlər. Bu milyonçular uşaqlarına super bahalı oyuncaqlar almırlar, onların kaprizlərini yerinə yetirmirlər. Onlar hesab edirlər ki, onların övladları ailə biznesinin layiqli davamçıları olmalıdırlar.
Evləri kiçik, maşınları ucuz, geyimləri sıradan… 
Milyonçular çox böyük evlər almamağa üstünük verirlər. Onlar böyük evdə kommunal xərclərə və qulluqçulara çox pul sərf edəcəklərini düşünürlər. Həmçinin bütün Avropada bu, sadəcə olaraq qeyri-etik hesab edilir.
Amerika milyonçularının 50%-i 25 min dollardan baha olmayan avtomobillər alırlar. Milyonçuların 20%-i isə ümumiyyətlə heç bir zaman 20 min dollardan baha olan avtomobil almayıblar. Amerika milyonçularının üçdə bir hissəsi istifadə edilmiş avtomobillərə üstünlük verirlər.
Uğur qazanmış milyonçular nadir hallarda yüksək aristokratiya dairəsinə daxil olmağa çalışırlar. Onlar ümumiyyətlə heç bir kluba daxil olmamağa üstünlük verirlər. Çünki hər yerdə klublara üzv olmaq üçün ödəniş etmək lazımdır və təbii ki, xeyriyyə aksiyalarına pul sərf etmək zəruridir.
Qərbdə milyonçuların ən bahalı köməkçisi psixoanalitikdir. Təbii ki, psixoanalitikin qonorarları gizli saxlanılır. 
ABŞ-da aparılan müşahidələr göstərir ki, hər 4 amerikalı milyonçudan biri 100 dollardan baha olmayan ayaqqabı geyinir və hər 10-u isə öz kostyumuna maksimum 200 dollar pul ödəyir. Yalnız 50 faiz milyoner 240 dollardan baha olmayan saat almağa razıdır və onların üçdə bir hissəsi hələ 3 ili tamam olmamış avtomobil istifadə edirlər.
Ən xəsis milyonçular – yumurtanIn ağını bu gün, sarısını sabah yeyənlər ordusu…  
Milyonçu deyib keçməyin. Onlardan bəzilərinin xəsislikləri dillərə dastandır. Məsələn, 30 il əvvəl öz 4 milyard dolları ilə dünyanın ən varlı insanı hesab edilən neft kralı Con Pol Qetti demək olar ki, hər şeyə qənaət edirdi. Öz villasında qonaqlarının danışıq pullarını ödəməmək üçün taksofonlar (ictimai telefonlar) quraşdırmışdı. 1973-cü ildə onun nəvəsi Con oğurlandıqda baba 17 milyon girov pulunu ödəməkdən imtina etmişdi. O, yalnız nəvəsi Conun kəsilmiş qulağı olan zərfi aldıqda ürəyində ona qarşı mərhəmət yarandı və bu halda da 17 milyon yox, cəmi 2.7 milyon ödədi. 
“Forbes” jurnalında 4-cü yeri tutan amerikalı maliyyəçi Uorren Baffet (sərvəti – 53,5 milyard dollar) kifayət qədər köhnə və THRIFTY – yəni “qənaətcil” mənasını verən köhnə “Lincoln Towncar” maşını ilə Uoll Strit küçəsi ilə hərəkət edir. Hətta o, 40 il əvvəl 30 min dollara aldığı kiçicik evini də hələ ki, dəyişməyə tələsmir. 
Tetra Pak – qablaşdırma materialları istehsal edən şirkətin təsisçisi, varlı skandinaviyalı Hans Rausinq uzun müddət köhnə “Morris Minor” maşını ilə səyahət edirdi. Lakin bir neçə il əvvəl milyarder (sərvəti 8 milyard dollardan çoxdur) avtomobilini dəyişmək qərarına gəldi və 12 illik rus “Niva”sını aldı. Yeri gəlmişkən, Rausinq mağazalarda ciddi endirimlər əldə etməsi ilə şöhrət qazanmışdı.
Məşhur internet axtarış saytlarından biri olan Google-ın yaradıcılarından, keçmiş Rusiya, hazırkı ABŞ vətəndaşı olan 33 yaşlı Sergey Brin təxminən 11 milyard dollar qazanıb. Lakin o heç də böyük olmayan 3 otaqlı mənzildə yaşayır və ucuz “Toyota” markalı avtomobil sürür. Google-ın digər direktorları kimi Sergey də işə çox vaxt roliklərlə gəlir və fasilə vaxtı avtodayanacaqda rolikli hokkey oynayır. 
Öz parlaq karyerası sayəsində 150 milyon dollar qazanmış Madonna belə hər qəpiyinə qənaət etməyə adət edib. O müntəzəm olaraq Kensinqtondakı imarətinə gələn telefon danışıqlarını yoxlayır və işçilərin əmək haqqlarından telefon danışığına görə ödənilən pulu çıxır.
Onların həyat devizi fərqlidir 
Hər milyonçunun bir həyat devizi var. Onları bir cümlə ilə özətləyib, yazımızı yekunlaşdıraq. Məsələn, məşhur milyarder Donald Tramp “Hər hansı işi görməzdən əvvəl özünüzə “mən burda nəyi necə itirə bilərəm” sualını verin” deyir. Onun fikrincə, bu halda uğur qazanmaq olar. 
Facebook-un yaradıcısı Mark Zukerberq isə məsələni bir cümlə ilə özətləyib: “Arzu bütün uğurların ilk addımıdır. Sadəcə arzulayın”. 
Stiv Cobs isə uğur formulasını belə açıqlayır: “Eyni anda bir neçə iş görməyin…” 
Bill Geyts isə məsələyə bu cür baxır: “Rəqiblərinizin səhvlərindən dərs çıxarın”. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5244

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930