TANAP-ın tikintisi dayandırıldı

02.02.2016 - 10:29

tanapTANAP-ın Türkiyə hissəsində tikinti işləri dayandırılıb.

“APA-Economics”in “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycanın Xəzər dənizindəki təbii qazı öncə Türkiyəyə, daha sonra Avropaya nəql edəcək 850 km. uzunluğundakı “Trans Anadolu” Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) çərçivəsində işlərin həyata keçirildiyi 20 şəhərdən biri olan Ankara bölgəsində qəribə hadisə baş verib.

Belə ki, Gölbaşı rayonunun Dikilitaş məhəlləsində boruların yerləşdiriləcəyi tunel buldozerlə qazılarkən Roma İmperiyası dövrünə aid yeraltı otaqlar aşkar olunub.

Üzərində xaç simvolları olan 4 otağın aşkar olunmasından sonra bölgədə boru döşəmə işləri dayandırılıb.

VII əsrə aid olduğu ehtimal edilən otaqlarda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri araşdırmalar aparırlar. Mütəxəssislər otaqların həmin dövrə aid məzar olduğunu düşünürlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=52484

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728