Mark Zukerberq “WhatsApp”-dan danışdı: “Bütün dünyanın birləşməsi…”

02.02.2016 - 10:39

mark“WhatsApp” istifadəçilərinin sayı 1 milyardı ötüb.

Cümhuriyyet.az APA-ya istinadən xəbər verir ki, bunu “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bəyan edib.

O, bu münasibətlə özünün sosial şəbəkəsindəki səhifəsində “WhatsApp” messencerinin yaradıcıları Yan Kum və Brayan Ektonu təbrik edib.

Onun sözlərinə görə, “WhatsApp”-ın “Facebook” strukturuna daxil edilməsindən sonra messencerə abunəçilərin sayı ikiqat artıb.

“Dünyada cəmi bir neçə xidmət mövcuddur ki, 1 milyarddan çox insanı birləşdirir. Bu mərhələ bütün dünyanın birləşməsinə doğru mühüm addımdır”, deyə M.Zukerberq vurğulayıb.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi “WhatsApp”-ı 2014-cü ildə 19 milyard dollara alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=52488

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728