Dünyada yeni bəla yayılır – FOTO

02.02.2016 - 10:44

duÜmumdünya Səhiyyə Təşkilatı (World Health Organisation) Zika virusunu beynəlxalq miqyasda səhiyyə sahəsində fövqəladə vəziyyət kimi dəyərləndirib.

Milli.Az ABC-yə istinadən bildirir ki, ÜST-ün dünən keçirilmiş fövqəladə toplantısında aparılmış müzakirələr nəticəsində Zika virusu ilə bu virusa yoluxmuş hamilə qadınların bətnində dölün anomaliyaları arasındakı əlaqənin “həddən artıq yüksək” olduğu vurğulanıb.

Belə anomaliyalar arasında mikroensefaliya da var.

Rəsmi məlumatlara görə, Braziliyanın 18 ştatında Zika qızdırmasına yoluxmaqla bağlı 500 mindən artıq fakt qeydə alınıb. Peru və Venesuelada da bu xəstəlik yayılmağa başlayıb. Bundan başqa, Sakit Okean regionundakı bir sıra ölkələrdə, habelə Avropa və ABŞ-da da Zika virusu qeydə alınıb.

ÜST-ün açıqlamasında bildirir ki, Zika virusu ifrat yorğunluq, başağrıları, konyuktivit, dəridə səpmələr, qızdırma, əzələ və oynaqlarda ağrılara səbəb olur. Virusa yoluxmuş insanda bu simptomlar 2-7 gün müşahidə olunur. Virusa yoluxmuş insan istirahət etməli, çoxlu su içməli, qızdırma simptomlarına qarşı dərman preparatları qəbul etməlidir.

Zika virusunu ağcaqanadlar yayırlar. Hazırda xəstəliyə qarşı ən effektiv profilaktika bu həşəratlardan qorunmaqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=52492

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728