Səudiyyədən önəmli neft açıqlaması

02.02.2016 - 11:33

seudiyye2OPEK və qeyri-OPEK ölkələrin əməkdaşlıq etməsi şəraitində Səudiyyə Ərəbistanı neft bazarını idarə etməyə hazırdır.

Oxu.az xəbər verir ki, bu barədə OPEK-dəki mənbə Səudiyyə Ərəbistanının “Əl-Həyat” qəzetinə bildirib.

Ötən həftə Rusiyanın energetika sahəsində çalışan rəsmi şəxslərinin Səudiyyə Ərəbistanından neft istehsalı haqqında təkliflər gəldiyi və Səudiyyə rəsmilərinin görüşməyə hazır olduqları barədə açıqlamalarından sonra “qara qızılın” qiymətləri yüksəlmişdi.

OPEK-dəki mənbə onu da vurğulayıb ki, İran üzərindən sanksiyaların qaldırılmasından sonra, bu ölkənin bazara təqdim edəcəyi neftin miqdarı məlum olmadığı üçün OPEK-in fövqəladə iclas keçirməsi hələ tezdir.

“İranın bazara verə biləcəyi neftin miqdarı növbəti 2 ayda da bəlli olmayacaq”, – mənbə əlavə edib.

Qeyd edək ki, OPEK neftin qiymətində baş verən kəskin enmə nəticəsində Venesuelanın nağd pul ilə bağlı sıxıntısı ilə əlaqədar fövqəladə iclas keçirilməsini dəyərləndirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=52511

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728