Nazir: “Bakıya 300 metrlik ikimərtəbəli bina gətirilir”

02.02.2016 - 11:57

azad-rehimov2Formula 1 yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmasın.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə deyib.

Nazir qeyd edib ki, 6 km yolun dəyişdirilməsi işləri şəhərdə tıxac yaratmayıb.

Nazir həmçinin əlavə edib ki, Pikstop binası sifariş olunub: “300 metr uzunluğu, 21 metr genişliyi olan 2 mərtəbəli bina hazır vəziyyətdə Bakıya gətiriləcək və Azadılıq meydanında quraşdırılacaq”.

Nazir bildirib ki, Formula 1-in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır: “6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Pikstop binası üçün isə 30 milyon dollar sərf olunacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=52524

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728