“Camaat mənə görə özünü öldürür” – Flora səhhətinin pisləşməsindən danışdı
Xalq artisti Flora Kərimova iki gün öncə “Nanəli” verilişinin çəkilişi zamanı səhhətinin qəfildən pisləşməsi, ürəkdən getməsi barədə yayılan xəbərə aydınlıq gətirib.
O, AzNews.az-a açıqlamasında haqqında yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
Xalq artistinin sözlərinə görə, belə bir xəbərin yayılması onun pərəstişkarları ilə yanaşı xaricdə yaşayan övladlarını, yaxınlarını təşvişə salıb, onları stressə salıb: “Belə bir şey olmayıb. Axı niyə vəziyyətim pis olsun ki? Bu dərəcə də xəbər yayarlar? Uşaqlarım xaricdədir, bu yalan xəbərdən sarsılıblar. Zəng-zəngə calanıb, deyirəm ki, ay balam sağ-salamatam, mənə inanmırlar. Saat 20:00-a kimi balalarımın mənə əli çatmayıb, görün onların qürbətdə halı necə olub?”.
F.Kərimova heyranlarını narahat olmamağa çağırıb: “Zəng edib özlərini öldürürlər. Bu boyda insafsızlıq olar? Başıma pis iş gəlsə hamı biləcək. Görünür, əcəli qorxudurlar ki, amandı, ona dəymə, xalq sənətkarını çox istəyir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=52545