Ermənilər Qarabağdan qaçır
Ermənistanda mühacirət çox böyük problemə, fəlakətə çevrilib. Dağlıq Qarabağda isə bu problem dəfələrlə ağırdır. Qarabağlı ermənilər iş və pul dalınca evlərini tərk edir, əsasən Rusiyaya üz tuturlar.
Ermənistandakı hartak.am saytı Dağlıq Qarabağdan ermənilərin köçünün kütləvi şəkil aldığını yazıb. Məqalədə deyilir:
“Qarabağlı ermənilər arasında azacıq imkanı olan qaçır, Rusiyaya üz tutur. Məsələn, Rusiyanın sadəcə, Saratov vilayətində artıq onlarla qarabağlı erməni ailəsi yaşayır. Qarabağlı erməni gənclərin mühacirət etməsi nəinki Dağlıq Qarabağ – bütün ermənilər üçün ciddi problemdir. Qarabağdakı mühacirəti başa düşməmək üçün kar və kor olmaq lazımdır. Həm Ermənistan, həm də Qarabağda təcili addımlar atılmalı, insanların evlərini tərk edərək mühacirətə üz tutmalarının qarşısı alınmalıdır. Ölkəni məhv etmək üçün ən effektiv silahlardan birinin mühacirət olduğunu unutmamalıyıq”.(Milli.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=52557