İsmət Abbasovun kadrlarının "vurulması" yenidən başladı

21.03.2014 - 12:05

Kənd Təsərrüfatı Nazirliyində hansı məmurlar səksəkə içindədir?

 

Kənd Təsərrüfatı Nazirliyində hansı məmurlar səksəkə içindədir?

 
Heydər
Əsədovun Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rəhbərliyinə
gətirilməsindən sonra bu qurumun bir neçə vəzifəli şəxsi postunu itirdi.
Sonradan nazirlikdəki kadr islahatlarında səngimə yaşandı və bu da
KTN-nin bir çox vəzifəli şəxslərində arxayınçılığa səbəb oldu.

Onlar
Əsədovun kadr islahatlarının artıq tamamən dayandığını və öz postları
üzərindəki təhlükə buludlarının dağıldığını düşünürdülər. Amma yeni
nazirin Kənd Təsərrüfatı Nazirliyinin daha iki şöbə müdirini
vəzifəsindən azad etməsi belə arxayınçılığa əsas olmadığını və qurumda
kadr islahatlarının, obrazlı desək, “yarpaq tökümünün” davam edəcəyini
göstərir.
Belə ki, nazirlikdən verilən məlumata görə, Kənd
Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri
ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və
otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik
məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət
tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış
əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.
Hər iki şöbə
müdiri sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun ən yaxın
adamlarından sayılırdı. Onların görəvlərindən alınması keçmiş nazirin
KTN sistemində hələ də postlarında qalan digər kadrlarında da ciddi
narahatlıqların yaranmasına yol açıb.
Bu barədə verilən məlumata
görə, Heydər Əsədovun nazirlik daxilində kadr islahatlarına yenidən
start verməsindən ən çox əndişələnlərdən biri “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyətinin sədri Əli Bayramovdur. Belə ki, bu qurumda korrupsiyanın
dərin kök salması onun rəhbərliyində dəyişikliyi çoxdan qaçılmaza
çevirib. Elə bu səbəbdən də gözlənilən islahat dalğasının ilk olaraq
məhz “Aqrolizinq” şefini “vuracağı” ehtimalı xeyli yüksəkdir. Hətta Əli
Bayramovun görəvdən alındıqdan sonra “Aqrolizinq”də genişmiqyaslı
yoxlamaların ikinci mərhələsinin başlaya biləcəyi hazırki səhmdar
cəmiyyət rəhbərinin ortaya çıxarılacaq pozuntularla bağlı xeyli “tər
tökmək” məcburiyyətində qalacağı da istisna edilmir.
Gözlənilən
islahat dalğasında zərbə alacaq məmurlar arasında Dövlət Baytarlıq
Xidmətinin rəhbərliyi də var. Məsələ burasındadır ki, kənd təsərrüfatı
naziri Heydər Əsədov regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib
ki, baytarlıq xidmətinin özəlləşdirilməsi görüləcək işlərdən biridir. Bu
isə Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın da görəvi ilə
vidalaşacaq yüksək çinlilər arasında olacağını proqnozlaşdırmağa ciddi
əsas verir.
Bundan başqa, nazirliyin daha bir neçə vəzifəli şəxsinin
də görəvdən alına biləcəyinə dair məlumat var. Bu sırada texniki
siyasət və aqroservis şöbəsinin müdiri Rəşid Cəfərovun, investisiya,
proqram və layihələrin hazırlanması şöbəsinin müdiri Rəşid Abbasovun və
İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidovun da adları
çəkilir. Həmin şöbə müdirləri də keçmiş kənd təsərrüfatı naziri İsmət
Abbasova yaxın kadrlar sayıldığından onların da yeni nazirlə yollarının
ayrıla biləcəyini təxmin etmək bir o qədər çətin deyil.
Xatırladaq
ki, bu ilin fevralında Regionların Sosial-İqtisadi İnkişafı Dövlət
Proqramının icrasına həsr olunan konfransda ölkə başçısı kənd
təsərrüfatının inkişafının növbəti illərdə iqtisadi sahədə prioritet
olaraq qalacağını vurğulayıb. Prezident deyib ki, bunun üçün Kənd
Təsərrüfatı Nazirliyində struktur dəyişiklikləri aparılmalıdır. O, buna
böyük ehtiyac duyulduğunu və yeni strukturun müasir tələblərə cavab
verməli olduğunu bildirib. Prezident həmçinin sistem xarakterli
islahatlara üstünlük verilməli olduğunu da vurğulayıb. İlham Əliyev kənd
təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq
edilməsinin vacibliyini qeyd edib: “Dünyada bu sahədə böyük uğur
qazanmış ölkələrin təcrübəsi öyrənilir, müxtəlif ölkələrə heyətlər ezam
edilir, o təcrübə, texnologiya gətirilir ki, biz təbii imkanlarımızdan
tam, səmərəli şəkildə istifadə edə bilək”.
Ölkə başçısının bu
çıxışından sonra qarşıdakı dövrdə Heydər Əsədovun rəhbərlik etdiyi
nazirlikdə geniş miqyaslı islahat dalğasına start verməsi tamamilə
gözləniləndir. Əks halda, aqrar sektorun dirçəldilməsi üçün nazirliyin
öz fəaliyyətini daha çevik, müasir dövrün tələblərinə uyğun şəkildə
qurması qeyri-mümkün olardı.

Short URL: http://www.cumhuriyyet.net/?p=5256

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728