Türkiyədə Twitterin yasaqlanmasının səbəbləri bəlli oldu

21.03.2014 - 12:15

Türkiyədə Twitterin yasaqlanmasının səbəbləri bəlli oldu 

“Bu hallar aradan qaldırılacağı təqdirdə yasaqlanmaya son beriləcək”
Türkiyədə Twitter  yasaqlanıb.
Avropa.info xəbər verir ki, Nazirlər Kabinetindən yayılan açıqlamada Telekomunikasiya başqanlığının 5651 saylı qanunun tələblərinə görə, bu addımın atıldığı bildirilir. Açıqlamada  bildirilir ki, vətəndaşların şikayətləri ilə  Twitterdə insan haqlarının və özəl həyata müdaxilə halları ilə bağlı dəfələrlə Türkiyə məhkəmələrinə müraciət olunub.
“Məhkəmələrin çıxardığı qərarlar  Telekomunikasiya   başqanlığna göndərilmiş, başqanlıq isə öz növbəsində  Twitterdən bu kimi halların aradan qaldırılmasını və məhkəmələrin çıxardığı qərarlara uyğun olaraq, yayılan materialların sosial şəbəkədən çıxarılmasını istəmişdir. Lakin  Twitter bu qərarlara  məhəl qoymamış və məhkəmələrin qərarlarını tanımamışdır. Bu səbəbdən də  vətəndaşlarımızın  hüquqlarını təmin etmək üçün  Twitterin  yasaqlanması  qərara alınıb.”
Açıqlamada  Twitterin məhkəmə qərarlarını tanıyacağı halda  yasaqlanmaya son veriləcəyi bildirilib. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5257

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30