Rusiya ilə Qərb arasında sanksiya savaşı

21.03.2014 - 12:50

Rusiya ilə Qərb arasında sanksiya savaşı

Qriqori Karasin: “Diplomatik və siyasi təcrübədə “əks qarşılıq” deyə anlayış mövcuddur”
Rusiya Qərbin sanksiyasına cavab hazırlayır. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin söyləyib. O bildirib ki, Rusiya sanksiyalara əks cavab barəsində düşünür:
“Rusiya indi Qərbə adekvat cavabın üzərində düşünür. Diplomatik və siyasi təcrübədə “əks qarşılıq” deyə anlayış mövcuddur. Bizim cavabımız adekvat olmalıdır. Mən gizlətməyəcəyəm. Biz indi bunun üzərində düşünürük”. 
Qeyd edək ki, bir müddət öncə ABŞ yüksək vəzifəli Rusiya siyasətçiləri barəsində sanksiyalar tətbiq etmək barədə qərar verib. Amerika siyahısına 20 Rusiya məmuru, biznesmen və parlament üzvləri daxil edilib. Bundan başqa, “Rusiya” bankı da sanksiyalardan yayınmayıb. 
Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri də Ukraynanın ərazisinin parçalanmasında günahkar hesab edilən Rusiya və Ukrayna rəsmi şəxsləri barəsində sanksiyaların tətbiqi haqqında razılığa gəliblər. Bundan əlavə, Birlik ölkələri iyun ayında Soçidə keçirilməli olan Avropa Birliyi- Rusiya sammitinin də ləğv olunmasına nail olublar. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5261

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031