İcra başçısı jurnalistləri təhdid etməyə başladı

21.03.2014 - 13:24

İcra başçısı jurnalistləri təhdid etməyə başladı

Alı Alıyevin adamları ondan yazan mətbuat orqanlarının əməkdaşlarını oğurlayaraq başlarına oyun açacaqlarını bildirirlər 
Fizuli rayonunun icra başçısı Alı Alıyev ondan yazan mətbuat orqanlarını təhdid etməyə başlayıb. JAM.AZ xəbər verir ki, həmin sayt və qəzetlərin elektron ünvanlarına məktub göndərən icra başçısının adamları media nümayəndələrini bir daha Alı Alıyev barəsində tənqidi yazı yazacaqları təqdirdə onlara fiziki işgəncə verəcəklərini, oğurlayaraq başlarına oyun açacaqlarını və digər bu kimi addımlar atacaqlarını bildirirlər. 
Bu azmış kimi, Alıyevin adamları mətbuat nümayəndələrini təhqir etməkdən də çəkinmirlər. JAM.AZ-ın məlumatına görə, Fizulinin icra başçısı haqqında yazılan tənqidi məlumatlardan ciddi narahatlıq keçirdiyi üçün belə addımlar atır. Çünki həmin yazılarda rayonda icra başçısının törətdiyi əməllərdən, korrupsiya və rüşvətxorluq hallarından, büdcə vəsaitlərinin talan edilməsindən bəhs olunur. Yazılanların real olduğunu və bu məsələdən hakimiyyətin də xəbər tuta biləcəyindən narahat olan icra başçısı baş verənlərin qarşısını zorakı yolla almaq fikrinə düşüb. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5263

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930