Blumberq: “Neft 50 faiz bahalaşacaq”

03.02.2016 - 11:15

neft-buruqlari2016-cı ilin sonuna qədər neftin qiyməti 50 faizə yaxın bahalaşacaq.

Axar.az xəbər verir ki, bu fikir “Blumberq” agentliyinin 17 analitik arasında keçirdiyi sorğunun nəticəsində hasil olub.

Sorğuya qatılan analitiklər 2016-cı ilin sonuna qədər VTİ markalı ABŞ neftinin 46, “Brent”in isə 48 dollara yüksələcəyini proqnozlaşdırıb.

Qiymətlərin yüksəlməsinə təkan verəcək başlıca amil kimi isə ilin son rübündə ABŞ-da slans neftin hasilatının azalacağı göstərilir.

ABŞ-ın Enerji İnformasiya İdarəsinə görə, bu ilin dördüncü rübündə ölkədə gündəlik hasilat 620 min barrel və yaxud 7 faiz azalacaq.

Qeyd edək ki, hazırda VTİ 29, “Brent” isə 32 dollara satılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=52660

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728