Ukrayna AB ilə assosiasiya sazişi imzaladı

21.03.2014 - 14:46

Ukrayna AB ilə assosiasiya sazişi imzaladı

Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişini haqqında razılaşmanı imzalayıb. Anspres-in məlumatına görə, bunu AB-nin mətbuat katibinin müavini Herman Vam Rompeya Preben Aaman deyib. O bildirib ki, razılaşma cümə günü Brüsseldə tərəflər arasında imzalanıb: 
“Mən təsdiq edə bilərəm ki, razılaşmanın siyasi hissəsi imzalanıb”.
Qeyd edək ki, Ukraynanın Nazirlər Kabineti Avropa Birliyi ilə assosiasiya haqqında sazişin imzalanmasına hazırlığı 2013-cü ilin noyabrında dayandırıb. Hökümət bunu öz əsas partnyorlarıyla əmtəə dövriyyəsində hiss olunan azalma ilə izah edib. Daha sonra ölkəni “avromaydan” adlandırılan kütləvi aksiyalar bürüyüb. Fevral ayında Kiyevdə küçə döyüşlərində 100-dən çox insan həlak olub. Mindən çox insan zərər çəkib.
Fevralın 22-də isə hakimiyyət dəyişikliyi baş verib. Prezident Viktor Yanukoviç hakimiyyətindən kənarlaşdırılıb, konstitusiya dəyişdirilib və 25 mayda seçkilər təyin edilib. Ölkənin yeni hakimiyyəti Avropa Birliyiylə assosiasiyaya sazişini imzalamağa hədəfləmişdi. 
Ukraynada hakimiyyət dəyişməsindən sonra Avropa Birliyinin dövlət başçılarının sammiti assosiasiya haqqında razılaşmanı bölməyə qərar verib. 21 martda siyasi başçılar arasında imzalanma təyin edilib. Ukraynanın baş naziri Arseni Yatsenyukun sözlərinə görə, Ukrayna ölkədə prezident seçkilərindən sonra Avropa Birliyiylə bu müqavilənin iqtisadi hissəsini imzalamaq niyyətindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5267

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728