Oqtay Gülalıyev əməliyyat olunub

22.03.2014 - 00:42

Keçmiş siyasi məhbusun müalicə olunması üçün ölkədən
çıxmasına icazə verilməyib

Milli Şuranın Mətbuat katibi, “Kür” Vətəndaş Cəmiyyətinin
koordinatoru Oqtay Gülalıyev əməliyyat olunub. Əldə etdiyimiz məlumata görə son
zamanlar mədə- bağırsaq orqanlarında olan   problemlərdən əziyyət çəkən hüquq müdafiəçisi
Bakıda özəl klinikaların birində əməliyyat olunub.

O. Gülalıyevin yaxınlarının verdiyi məlumata görə
bu xəstəlik onda 6- 7 il öncə yüngül formada olub və müalicə nəticəsində aradan
qalxıb. Amma 2 il öncə Kür daşqınları ilə bağlı həbs olunduqdan sonra üzləşdiyi
mənəvi psixoloji təzyiqlərdən və əlverişsiz saxlama şəraitindən sonra xəstəlik
daha da şiddətlənib. Şüvəlan İstintaq Təcridxanasında saxlanılarkən  Ədliyyə nazirliyinin Baş Tibb İdarəsinin həkimləri
onu müayinə edərək dərhal əməliyyat olunmasını bildirmişdilər.

Həbsdən çıxdıqdan sonra xəstəliyinin  müalicəsi xaricdə mümkün olan ictimai fəal
bununla bağlı dəfələrlə cinayət işinin istintaqını aparan müvafiq orqanlara
müraciət etmiş, DİN rəhbərliyi ilə görüşmüşdü. Eyni zamanda o, xarici ölkədə
müalicəyə getmək üçün 2013- cü ilin iyul ayında pasport almaq məqsədilə DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət
etsə də adı çəkilən qurum müvafiq sənədi verməkdən imtina etmişdir.  

Xatırladaq ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının
koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev 2010- cu il 08 apreldə
Sabirabad rayonunun Minbaşı kəndində həbs olunmuşdu. Haqqında CM- nin 220.2- ci
maddəsi ilə cinayət işi açılıb. 3 aydan artıq qanunsuz həbs həyatı yaşayıb.
Başda Amnestyu İnternational təşkilatı olmaqla bir sıra nüfuzlu yerli və beynəlxalq
təşkilatlar onu vicdan məhbusu elan edərək hüquq müdafiəçisinin həbsdən
buraxılması üçün geniş dəstək kampaniyası aparıblar. Həbsdən azad olsa da
haqqında olan cinayət işi 2 ilə yaxındır ki, qanuna zidd olaraq bağlanmayıb, məhkəmənin
qərarı ilə ev dustağı şəraitində olmaqla polis nəzarəti altındadır. Ölkədən
çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Oqtay Gülalıyevin koordinatoru olduğu
“Kür” Vətəndaş Cəmiyyəti Kür daşqınları bölgəsində təsirə məruz qalmış minlərlə
evdə monitorinq aparmış, yüzlərlə insanın ev və kompensasiya ilə təmin
olunmasına yardım etmiş, eyni zamanda fəlakət üçün ayrılan böyük həcmdə vəsaitlərin
dövlət məmurları tərəfindən korrupsiyaya uğramasını ifşa etmişdir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5272

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930