Rusiyada hərbi helikopterin qəzaya uğradı – 4 ölü
Rusiyanın Pskov vilayətində hərbi helikopter qəzaya uğrayıb.
Cümhuriyyət.az APA-ya istinadən verdiyi məlumata görə, insident Ostrovsk rayonunda qeydə alınıb.
Naməlum səbəbdən hərbi hissələrin birinə məxsus Mİ-8 helikopteri qəza enişi edərkən yerə düşüb. Hadisə yerində 4 nəfərin meyiti aşkar edilib.
Qəzanın səbəbləri və təfərrüatları barədə hələlik, məlumat verilmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=52720