Ukrayna Ermənistandakı səfirini geri çağırdı

22.03.2014 - 10:00

Ukrayna Ermənistandakı səfirini geri çağırdı

Ukrayna Ermənistandakı səfirini geri çağırdı
Ermənistan Ukraynanın notasına cavab verdi və bildirdi ki, hər bir xalq öz müqəddaratını təyin etməlidir
“Ermənistan xalqların öz müqəddaratını təyin etmək istəyini dəstəkləyir”.
ANS PRESS-in verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Ukraynanın Ermənistandaki səfiri İvan Kuxtla görüşü zamanı deyib. 
Qeyd edək ki, bu gün Ukrayna xarici işlər nazirinin müavini Daniil Lubkivski keçirdiyi brifinqdə Ukraynanın Ermənistana nota göndərdiyini bəyan etmişdi. Daniil Lubkivskinin sözlərinə görə, Ermənistan Krımı müstəqil respublika kimi tanısa, bu, Ukrayna-Ermənistan münasibətlərində son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq. 
Ukraynalı diplomat İrəvanda öz həmkarına Rusiya və Ermənistan prezidentlərinin telefon danışıqlarında Serj Sarkisyanın Krımda keçirilən referendumu dəstəklədiyini deməsindən məyus olduğunu açıqlayıb. 
Xatırladaq ki, bu görüşdən sonra Ukraynanın Ermənistandakı səfiri məsləhətləşmələr aparmaq üçün Kiyevə dönüb
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5273

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930