Hacıqabul sakinləri başçıdan dad deyir – Problemlər dizə çıxıb

22.03.2014 - 10:38

Hacıqabul sakinləri başçıdan dad deyir – Problemlər dizə çıxıb

Hacıqabul rayon İcra Hakimiyyətində qəbul günləri gələn şikayətçiləri binanın əsas girişindən deyil, arxa qapısından qəbul edirlər. Bunu Bizimxeber.az-a qəbula düşə bilməyən rayon sakinləri deyiblər.
Onların bildirdiyinə görə, İcra Hakimiyyəti tərəfindən belə bir addımın atılmasının dəqiq səbəbi məlum deyil. Sadəcə belə bir təlimatın icra başçısı tərəfindən verildiyi deyilir.
Qeyd edək ki, digər rayonlardan fərqli olaraq yetərli qədər sosial və iqtisadi problemləri olan Hacıqabulda həmişə şikayətçilərin sayı çox olub. İcra Hakimiyyətinin qarşısına narazıların yığışması da icra başçısının narahatlığına səbəb olmuşdu. Əhməd Muxtarovun belə bir təlimat verməsinin səbəbi onun şikayətçilərin çox olmasından narahat olmasıdır.
Belə ki, Hacıqabulun icra başçısı ehtiyat edir ki, çoxlu sayda şikayətçilərin olması onun haqqında yuxarıda mənfi rəy yaradar. Üstəlik, o, ehtiyat edir ki, hansısa jurnalist bu qədər şikayətçinin bir araya gəldiyini fotolentə alar və ardından da ictimailəşdirər. Bu isə onun yuxarılarda gözdən düşməsi ilə yanaşı, həm də işdən çıxarılmasına belə səbəb ola bilər.
Məlumatda o da deyilir ki, Əhməd Muxtarov rayonda üzləşdikləri problemlərdən dolayı şikayətçi düşmüş vətəndaşların məsələlərini həll etmək yerinə, onlara təzyiqlər etdirməyə daha çox üstünlük verir. İcra başçısının bu yolla şikayət edənlərinin sayını azaldacağını düşünür ki, bunun da əks təsirlərinin olacağı istisna deyil. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5280

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930