Əsəd PKK-ya 4 təyyarə silah göndərdi
Bəşər Əsədin nəzarətində olan Suriya ordusu Qamışlıdakı “PKK-nın Suriya Qolu”na (PYD) 4 təyyarə dolu silah və sursat yardımı göndərib.
Publika.az bildirir ki, bu barədə İranın “Fars” informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Suriya ordusu 4 təyyarəyə yüklənmiş silah-sursatı fevralın 7-də axşam saatlarında Haseke əyalətinin Qamışlı hava limanı vasitəsilə PYD-yə çatdırıb. Bəşər Əsəd tərəfindən silah-sursat yardımının edilməsində əsas məqsəd kimi PYD-nin strateji mərkəzi sayılan El-Şadadi qəsəbəsinin İŞİD-dən geri alınması göstərilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=52829