Con Kerri Rusiyanı ağır sanksiyalarla hədələdi

22.03.2014 - 11:33

Con Kerri Rusiyanı ağır sanksiyalarla hədələdi

ABŞ 2015-ci ilin sonlarından başlayaraq Avropaya təbii qaz ixracına başlaya bilər
PİA.AZ APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.  O, hal-hazırda təbii qaz ixrac etmək üçün zəruri obyektlərə malik olmadıqlarını, bu səbəblə 2015-ci ilin sonlarından tez Avropaya qaz göndərə bilməyəcəklərini söyləyib: “Lakin bizim üçün Avropadakı tərəfdaşlarımıza və Ukraynaya dəstək olmaq önəmlidir”. 
 
Xatırladaq ki, hazırda Avropa Birliyi ölkələri təbii qaza olan ehtiyaclarının təxminən üçdə birini Rusiyadan alınan qaz hesabına təmin edirlər.
 ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri isə Rusiya məmurları, iş adamları və “Rossiya” Bankına qarşı tətbiq etdikləri sanksiyalarla kifayətlənməyəcəklərini bəyan edib. O, “Amerikanın səsi”nə açıqlamasında bildirib ki, Vladimir Putinin Krımdakı addımları beynəlxalq təhlükəsizliyi və İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzənini dağıdır. C. Kerri qeyd edib ki, növbəti sanksiyalar Rusiya prezidentinin fəaliyyətindən asılıdır: “Onlar qanunsuz və təxribatçı fəaliyyəti davam etdirsələr, biz Rusiya iqtisadiyyatının bütöv sahələrinə qarşı çox-çox şiddətli və güclü sanksiyalarla cavab verəcəyik”.  
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5283

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930