Bakı metrosunda təmir işlərinə başlanılıb
Bakı metrosunun stansiyalarında təmir işlərinə başlanılıb.
Məsələ ilə bağlı musavat.com-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, ehtiyac yaranan stansiyalarda cari təmir işləri aparılır: “Hazırda metronun “Nizami” stansiyasında təmirə başlanılıb. Mərmərləri saxlayan armatur həlqələri korroziyaya uğradığı üçün üzlüklər aralanıb, düşürdü. Buna görə də hazırda möhkəmlənmə və təmir işləri başlanılıb”.
Qeyd edək ki, bu gündən etibarən metronun “Neftçilər” stansiyasında da təmir işlərinə başlanılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=52831