Bakının düşməni Moskvaya göndərilir

09.02.2016 - 14:55

sarvasErmənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan yaxın günlərdə Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin ediləcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Joxovurd” qəzeti yayıb. Qəzet Ermənistan XİN-in bu məsələni nə təkzib, nə də inkar etdiyini bildirib.

Qeyd edək ki, Şavarş Köçəryan İrəvanda anadan olub. O, 1988-1990-cı illərdə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı başladılan prosesdə əsas fəallardan biri olub. Serj Sərkisyanın 2008-ci ildə prezident seçilməsindən sonra ona xarici işlər nazirinin müavini vəzifəsi verilib. Köçəryan Azərbaycan və azərbaycanlılara qarşı sərsəm açıqlamaları ilə seçilir. Şovinist olan Köçəryan Azərbaycana qarşı məkrli addımların atılmasında və təxribatlarda xüsusi rol oynayır.

Hazırda Ermənistanın Rusiyadakı səfiri funksiyasını Oleq Yesayan yerinə yetirir. O, bundan öncə Qarabağ separatçılarının “spikeri” idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=52835

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728