Dünya tarixinin ən varlı 10 adamı… – SİYAHI
“Time” jurnalı bütün dövrlərin 10 ən varlı adamının siyahısını təqdim edib. Müəllif bildirib ki, bu məsələdə o, çox geniş tədqiqatlar aparıb.
Bu məsələyə sadə bir sualdan başlanılıb. Kimin pulu daha çoxdur: Rokfellerin, yoxsa Çingizxanın..?
Hər bir kəsin sərvətini onun dövrünün iqtisadi sistemi ilə ölçmək lazımdır.
Məsələn, bu gün Bill Qeytsin sərvətini öyrənmək çox asandır. O, bu gün yaşayan insanların ən varlısıdır. “Forbes” jurnalı “Mikrosoft” kompaniyasının yaradıcısının aktivlərini 78.9 milyard dollar dəyərində qiymətləndirib. Buna baxmayaraq, B.Qeyts bu siyahıda ancaq Çingizxanı qabaqlayıb və 9-cu yeri tuta bilib.
8-ci yerdə bretonlu cəngavər Sarı Alen gedir. O, 1093-cü ildə dünyasını dəyişib. Onun var-dövləti 11 min funt sterlinq məbləğində qiymətləndirilib. İndiki kursa çevirdikdə bu məbləğ 194 milyard dollara bərabər olur.
7-ci yeri “Standart Oil” kompaniyasının yaradıcısı Con Rokfeller tutur. O, hər zaman nə barədəsə düşünüb. Hətta dama oynayanda belə, ən azı, yarım saat fikirləşməmiş gediş etmirmiş.
Bu barədə ona irad tutanda belə cavab verərmiş: “Sən məni nə hesab edirsən, mən ancaq udmaq üçün oynayıram!”
Bir gənc kimi isə Con Rokfeller, sözün əsl mənasında, praktik idi. Oz valideynləri üçün belə, təmənnasız heç bir iş görməz, qəpiyindən də keçməzmiş. O, babasından, atasından və anasından çox şey öyrənir. Nəyin xeyirli, nəyin ziyanlı olması barədə illərcə formalaşmış qənaətləri aram-aram onu milyarderliyə doğru aparır.
6-cı yeri isə “US Steel” kompaniyasının sahibi Endryu Karneqi tutub.
1889-cu ildə Karnegi holdinqini ABŞ-ın polad istehsalı bazarında ən böyük kompaniya olan “Karnegi stil”də birləşdirdi. XX əsrin başlanğıcında “Karnegi stil”in təmiz illik gəliri 40 milyon dollara bərabər idi. Bu gəlirdə Karneginin şəxsi payı isə ildə 25 milyon dollar idi.
Endryu Karneginin yaratdığı bütün xeyriyyə fondları, muzey və qalereyaların adlarını sayıb-qurtarmaq çətindir. O, bu işlərə sərvətinin düz 90 faizini sərf etdi. Maarifçiliyə qoyduğu pul da çox böyükdür. ABŞ, Böyük Britaniya və Avstraliyada Karneginin vəsaiti ilə 2509 kütləvi kitabxana yaradıldı. Hazırda amerikalıların 40 faizi biliklərini Karneginin kitabxanalarında zənginləşdirirlər, onun özü isə “kitabxanaların müqəddəs qəyyumu” titulunu daşıyır.
5-ci yer isə gözlənilmədən İosif Stalinə verilib. Reytinqin müəllifləri bunu onunla əsaslandırırlar ki, Stalin böyük və varlı bir ölkənin başçısı, böyük hakimiyyət sahibi olub.
4-cü yerdə Böyük Moğullar İmperiyasının başçısı Əkbər yer alıb. O, Böyük Moğollar İmperiyasının 3-cü padşahı, Baburun nəvəsi, müsəlman ölkələr arasında çadranı qadağan edən ilk hökmdar olub.
3-cü yeri 1085-ci ildə ölmüş Çin imperatoru Şen-Çzun tutur. Onun imperiyası dünyanın ümumi daxili məhsulunun 30 faizini istehsal edib.
İkinci yeri Roma imperatoru Avqust Oktavian tutur. İqtisadçıların fikrinə görə, onun var-dövləti təqribən 4.6 trillion dollara bərabər olub.
Ən varlı insan isə Mali dövlətinin başçısı, 1280-1337-ci illərdə yaşayan Mansa Musa sayılır. Tarixçilər bildirirlər ki, Musanın hakimiyyəti dövründə onun dövləti dünyanın ən böyük qızıl istehsalçısı olub. Musanın qızıl taxtda oturub, başında qızıldan tacı olan şəkili bizim günlərə qədər gəlib, çata bilib.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=52839