Erməni mətbuatı: "Sərkisyan Rusiya ilə birgə dərin quyuya düşüb…"

22.03.2014 - 12:42

Erməni mətbuatı: “Sərkisyan Rusiya ilə birgə dərin quyuya düşüb…”

Rəsmi İrəvanın Krımın ilhaqı məsələsində Rusiyaya tam dəstəkləməsi Ermənistanı olduqca qəliz duruma salıb. Artıq Ukrayna İrəvandakı səfirini geri çağırıb. Sərkisyan rejiminin məsələdə Qərbin deyil, özünü dünyaya qarşı qoyan Kremlin yanında yer alması işğalçı ölkənin öz daxilində də ciddi narahatlıq doğurub. 
Musavat.com-un məlumatına görə, bu mövzuya toxunan aparıcı erməni nəşrlərdən biri “Qraparak” yazır: “Ermənistan elə bir situasiyaya düşüb ki, olduqca ağır bir seçim eləməlidir – ya Rusiya ilə birgə dərin quyuya tullanmaq, ya da dayanmaq və öz maraqlarına uyğun hərəkət eləmək. Rusiya Qərbin sərt sanksiyalarına məruz qalıb və bu sanksiyalar sərtləşməkdə davam edəcək”. 
Qəzet bu sanksiyaların Ermənistana da təsirsiz ötüşməyəcəyini qeyd edir: “Sərkisyan artıq erməni bankirlərini yığıb və onlarla mümkün təsirlər haqda danışıb. Öz də problem təkcə banklarla qurtarmayacaq. Sanksiyalar Ermənistandakı bütün Rusiya müəssisələrinə, həm də monopolist müəssisələrə aid olacaq. Əgər Qərb sanksiyaları Ermənistandakı Rusiya banklarına da şamil eləsə, erməni vətəndaşlarının vəziyyəti qəliz olacaq. Artıq indidən minlərlə Rusiya vətəndaşı öz plastik kartlarından istifadə edə bilmirlər. Təsəvvür eləmək olar, eyni şey Ermənistanda baş versə, nələr olacaq. Serj Sərkisyan həqiqətən dərin quyuya düşüb və vəziyyətdən çıxış yolu axtarır… Problem həm də ondadır ki, Gürcüstan Avropa Birliyinə qoşulduqdan sonra Rusiya qazının Ermənistana nəqlini dayandırmağa məcbur edilə bilər”. 
Qəzet şərhini belə yekunlaşdırır: “Ermənistanın ittifaqa girmək istədiyi Rusiyanın rəhbərliyi öz ölkəsini 1 nömrəli “lənətlənmiş dövlət”ə çevirib. Eyni aqibət Putinin öz orbitində saxlamaq istədiyi ölkələri gözləyir. Krımın özünütəyinini dəstəkləyən Ermənistan indi öz taleyini də müəyyən eləməli, Putin Rusiyasından total asılılıq yox, suverenlik yolunu seçməlidir”.
Əlavə edək ki, az öncə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, tanınmış politoloqlardan olan David Şahnazaryan həm Ermənistanın, həm də Dağlıq Qarabağdakı separatçı rejimin Krım məsələsində Moskvanı açıq-aşkar dəstəkləməsini böyük siyasi səhv və Azərbaycana “hədiyyə” adlandırmış, bunun İrəvana və Xankəndinə baha başa gələcəyini demişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=5288

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930