Azərbaycanda korrupsiyaya görə tutulan məmur türmədə öldü

22.03.2014 - 15:17

Azərbaycanda korrupsiyaya görə tutulan məmur türmədə öldü

2013-cü il, fevralın 4-də həbs olunan Yusif Dadaşov 1 saylı Bakı İstintaq Təcridxanasında ölüb. Virtualaz.org saytının əldə etdiyi eksklüziv məlumata görə, 43 yaşlı Yusif Dadaşov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Salyan rayon şöbəsinin əməkdaşı olub.
Y.Dadaşov adıçəkilən komitənin Salyan rayon şöbəsinin müdiri Oqtay Quliyevlə bir yerdə həbs olunmuşdu. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3 və 311.3.3-cü maddələri ilə cinayət işi açılmışdı. Məmurlar korrupsiyada ittiham olunurdular.
Virtualaz.org saytının əldə etdiyi xəbərdə deyilir ki, Y.Dadaşov həbsdə ikən insult keçirsə də məhkəmə onun barəsindəki həbs-qətimkan tədbirini dəyişməyib. O, Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə aparılıb və orada dünyasını dəyişib. Onun iki azyaşlı uşağı vardı.

Short URL: http://www.cumhuriyyet.net/?p=5295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930