Rusiya ABŞ-a atəşkəs planını təklif etdi
Rusiya Suriyada atəşkəsin təmin edilməsi üçün ABŞ-a plan təklif edib.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində deyib.
Nazir planın detallarını açıqlamayıb, lakin bildirib ki, plan Suriya prezidenti Bəşər Əsədin dərhal istefasını nəzərdə tutmur. Lavrov Vaşinqtonun plana tezliklə baxacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Suriya münaqişəsinin həlli ilə bağlı Cenevrə danışıqları fevralın 25-dək təxirə salınıb. Yeni danışıqların nə vaxt başlanacağı məlum deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=52962