Ərdoğan ilk dəfə Fətullah Gülənə terrorçu dedi

23.03.2014 - 10:08

Ərdoğan ilk dəfə Fətullah Gülənə terrorçu dedi 

Ərdoğan sensasion iddia ilə çıxış edərək, Fətullah Gülənin Klıncdaroğlunu kasetlə ələ aldığını deyib
Baş nazir Rəcən Tayyib Ərdoğan  Ankarada  seçicilərlə keçirdiyi görüşdə CHP-ni və “nurçu”ların  lideri  Fətullah Güləni kəskin şəkildə tənqid edib. 
Avropa.info xəbər verir ki,  Ərdoğan  CHP  və  Fətullah Gülənin rəhbərlik etdiyi  “Hizmət ” hərəkatını ilk dəfə  terror örgütü adlandırıb. “CHP-də adlar dəyişə bilər, CHP  solçu kimi, ülküçü kimi, dindar kimi, din düşməni kimi görünə bilər, amma CHP  CHP-dir. CHP-nin fikirləri dəyişməz,  CHP-nin duruşu əsla dəyişməz. Bundan 70 il öncə milləti  necə aşağılayırdılarsa, inanın ki, bu gün də elədir. Kılıncdaroğlu  3 seçimdir məğlub olur, İnşAllah  bu  dəfə də 4 -cü dəfə olacaq. Kılıncdaroğlu, uduzsan gəl siyasəti burax deyirəm, buraxmır.”
Daha sonra Fətullah Güləndən danışan Ərdoğan  sensasion iddia ilə  çıxış edərək, Fətullah Gülənin  Klıncdaroğlunu  kasetlə ələ aldığını deyib. “Bunlar  şantajçıdırlar, hər yerdən  bir şey çıxarırlar. Evlər kirayələyib, oralardan da dinləyirlər ,izləyirlər. Bunlar belə bir örgüt. Hazırda xain bir terror örgütü var. Bu bir terror örgütü. Buna qarşı gərəkli addımlar atacağıq. Bu  Penselvanıya, CHP-nin liderini  kasetlə ələ aldı. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5298

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31