Politoloq nurçulardan 70 min alıb? – Video

23.03.2014 - 10:18

Politoloq nurçulardan 70 min alıb? – Video

Fərhad Mehdiyev “Veteninfo.az” saytına qarşı 10 min manatlıq dava açacaq
“Axar.az” xəbər verir ki, bu barədə məşhur politoloq öz Feysbuk statusunda yazıb.
 
O, bu addımı atmasına səbəb kimi nurçulardan bank hesabına 70 min manat köçürülməsi barədə saytın iddialarını göstərib: “Təxribatçı “Veteninfo” saytı naməlum mənbədən bir yalan məktub alıb və onun həqiqiliyini araşdırmadan yayımlayıb. Hər halda, “Yapı Kredi” bankında mənim adıma 70 min köçürülüb-köçürülmədiyi bəllidir. Bu iftira məlumatı indi gördüm, məhkəməyə iddia ərizəsini hazırlayıram və Novruz bayramı bitər-bitməz, ilk işim Yasamal Rayon Məhkəməsində onlara qarşı xüsusi ittiham qaydasında böhtan və təhqirlə bağlı cinayət işi qaldırıb, nə az nə çox, 10 min manat dəymiş mənəvi zərəri istəmək olacaq. Onlar daha əvvəl Elnur Aslanov və nazirə belə iftira atmış. Amma Fərhad Mehdiyev onların və səviyyəsiz sifarişçilərin bildiyi kimi bir insan deyildir”.
 
Qeyd edək ki, mediaya sızan sənədlərdə Fərhad Mehdiyev nurçuların Azərbaycanda “emniyyet imamı” adlandırılıb və buna görə ona 70 min manat pul göndərildiyi bildirilib. Sayt həmçinin Fərhad Məmmədovun bahalı avtomobilinə diqqət çəkib, müəllim maaşı ilə belə avtomobil almağın mümkünsüzlüyü arqumentini əsas gətirib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5300

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930