Ketrin Eşton: "Suriya böhranının dinc yolla həlli üçün Rusiyanın iştirakı vacibdir"

23.03.2014 - 10:49

Ketrin Eşton: “Suriya böhranının dinc yolla həlli üçün Rusiyanın iştirakı vacibdir”

Suriya münaqişəsinin siyasi yolla nizamlanmasına dəstək prosesində Rusiyanın rolu vacibdir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton deyib.
Xanım K.Eşton Brüsseldə beynəlxalq forumda qeyd edib: “Mənə elə gəlir ki, bu siyasi razılaşmanın əldə olunmasına cəhd etməkdən başqa yol yoxdur. Bu prosesə dəstək verilib. Rusiyanın bu məsələdə rolunun saxlanması həqiqətən vacibdir”.
Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayından başlayan münaqişə ərzində 140 mindən artıq insan ölüb, 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır. 
Bundan başqa, 2,3 milyon insan qonşu ölkələrə qaçıb. Qaçqınların qəbulu üzrə əsas yük İordaniya, İraq, Livan və Türkiyənin üzərinə düşüb. Münaqişədən əvvəl Suriya əhalisinin ümumi sayı 20 milyon nəfər olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=5302

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930