Azərbaycan Amerika Alyansının maliyyə resurları "Hizmət" Hərakatına sərf olunub?
23.03.2014 - 10:54
Azərbaycan Amerika Alyansının maliyyə resurları “Hizmət” Hərakatına sərf olunub?

Anar Məmmədovun lobbi işlərini Nurçular həyata keçirirlər
Azərbaycan Amerika Alyansının rəhbəri Anar Məmmədov ABŞ-da həyata keçiridiyi lobbi fəaliyyətlərini Nurçuların birbaşa nəzarəti ilə həyata keçirir.
Bu barədə PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Anar Məmmədovun Vaşinqtonda, Nyuyorkda və ABŞ-ın başqa şəhərlərində təşkil etdtiyi lobbiçi tədbirləri Türk Amerikan Alyansının prezidenti Dr. Faruk Tabanın yardımları ilə həyata keçirir.
Daxil olan məlumata əsasən Türk Amerikan Alyansının prezidenti Dr. Faruk Taban Ftulla Gülənin ən yaxın ətrafında yer alı rvə Türk Amerikan Alyansı bir başa “Xoca Əfəndi”nin təlimatı ilə yaradılıb. Mənbə bildirir ki, Azərbaycan Amerika Alyansı məhz Türk Amerikan Alyansının bir filialı olaraq yaradılıb və bu alyanısın bütün fəaliyyətləri Faruk Tabanın nəzarəti altında olub. Bildirilir ki, Faruk Taban həmçinin Anar Məmmədovun maliyyə resurlarından yararlanıb və bu maliyyə resursları ilə daha çox “Hizmət” Hərəkatının ABŞ-dakı fəaliyyətinin maliyyələşdirilməsinə yönləndirilib. Yəni faktiki olaraq Azərbaycanın pulları ilə Güləninin “Hizmət” Hərəkatı maliyyələşib.
Məlumatda həmçinin o da qeyd olunur ki, Anar Məmmədov Faruk Tabanla ciddi sayılacaq dostluq münasibətlərinə malikdir və , Azərbaycan Amerika Alyansında fəaliyyət göstərən insanların böyük bir qismi “Nur Cammatı”na aiddir. Azərbaycan Amerika Alyansı 2011-ci ildə Vaşinqtonda Anar Məmmədov tərəfindən təsis olunub.
Qeyd edək ki, Anar Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “ZQAN Holdinq”in prezidentidir. Gənc biznesmen olaraq tanınan Anar Məmmədovun Azərbaycan Amerika Alyansını qurmaqda məqsədi Azərbaycanla Birləşmiş Ştatlar arasında əlaqələrin inkişafını birinci plana çıxarmaq olub. Anar Məmmədov Azərbaycan Amerika Alyansının açılış mərasimindəki çıxışında bildirmişdi ki, o, milli təhlükəsizlik və enerji maraqları vasitəsilə Azərbaycanla ABŞ arasındakı münasibətləri üst səviyyəyə çıxarmağa ümid edir. Məmmədov həmçinin ABŞ Knqresinin mətbu orqanı olan “The Hill” qəzetinə açıqlamasında bildirmişdi ki, o, öz ölkəsini sevir və ölkəsinə kömək etməyi öz vəzifəsi hesab edir.
“Mən hesab edirəm ki, bizim assosiasiya Amerika ilə Azərbaycanı birləşdirə biləcək. Fikrimcə, Amerika Azərbaycanın ən böyük dostlarından biridir” – deyə nazir oğlu bildirmişdi.
Bu günə qədər Azərbaycan Amerika Alyansının ABŞ-ın müxtəlif şəhərlərində milyonlarla dollarlıq lobbiçilik tədbirləri həyata keçirilsə də, alyans ABŞ-dakı erməni lobbisinə qarşı təsirli ola bilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=5303