İsveç Qarabağ münaqişəsi ilə bağlı geniş toplantı çağırılmasını istəyir
İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupunun geniş iclasının çağırılmasını təklif edir.
Trend-in məlumatına görə, bunu Bakıda İsveçin xarici işlər naziri Marqot Vallström azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İsveç Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına töhfə verə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=53034