“Sovetski”də 76 tarixi bina söküləcək – FOTOLAR

10.02.2016 - 14:15

sovetski2“Sovetski”nin söküntü aparılan ərazisində köçürülməmiş 700-ə yaxın mənzil qalıb.

ANSPRESS-in məlumatına görə, bunu Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə isə köçürülməsi nəzərdə tutulan ərazidə yeni yolların və kommunikasiya xəttlərinin çəkilişi nəzərdə tutulur. Lakin bu layihənin yerinə yetirilməsi üçün hazırda köçürülmə işlərinin tam başa çatdırılmaması müəyyən çətinliklər yaradır. “Belə ki, boşalmış ərazidə köçürülməmiş 700-ə yaxın mənzil var. Köçürülmənin başa çatdırılmamasına səbəb ev sahibləri tərəfindən mənzillərin qiymətləndirilməsində qeyri-real tələblərin irəli sürülməsidir. Bu isə nəzərdə tutulan layihənin gecikdirilməsi ilə yanaşı, ətrafda yaşayan sakinlərin öz mənzillərinə təhlükəsiz gediş-gəlişində, kommunikasiya xəttlərindən istifadə və ərazinin sanitar təmizliyinin təmin edilməməsində problemlər yaradır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=53041

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728