Cəlilabadda ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib

10.02.2016 - 14:18

cəlilabad9 fevral 2016-cı il tarixdə Cəlilabad şəhər Heydər Əliyev seyrangahının qarşısında süni qiymət artımının qarşısının alınması məqsədi ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.Yarmarkada fermerlər tərəfindən 40 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Satışa çıxarılan un, düyü, şirniyyat, meyvə, süd məhsulları, yumurta, balıq, cücə, ət və s. bazar qiymətlərindən 20-30% aşağı satılıb.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov satış-yarmarkasına gələrək satılan məhsulların keyfiyyəti, qiyməti ilə maraqlanmış və alış-verişin vəziyəti ilə tanış olmuşlar.Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən məmnunluqlarını ifadə edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər və bu yarmarkaların ölkə rəhbərinin əhaliyə diqqət və qayğısı kimi qiymətləndirdilər.

rr tt yy

Short URL: http://www.cumhuriyyet.net/?p=53042

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728